"Neft tədarükü kəsilərsə, Qərb ölkələri iflic vəziyyətinə düşəcək, bu halda Qərb stabil tədarük təmin etmək üçün Yaxın Şərq dövlətlərini bir-birinə qarşı qoyacaq".
Bunu İran Prezidenti Məsud Pezeşkian Tehran Dialoq Forumu zamanı deyib.
"Əgər enerji resursları Fars körfəzindən o biri tərəfə axmasa, hamı (Qərb ölkələri - redaktorun qeydi) iflic vəziyyətinə düşəcək, amma bizi bir-biri ilə mübarizə aparmağa məcbur edəcəklər ki, enerji resurslarımızı istədikləri qiymətə asanlıqla ala bilsinlər" - o əlavə edib.