hemle

Bursada tarixi kəşf: İsa Məsih dövrünə aid mozaika aşkarlandı

Tarix:Dünən, 21:26
Baxış Sayı:442

Türkiyədə aparılan arxeoloji qazıntılar dünya gündəminə düşüb. Belə ki, Papa Fransiskin vəsiyyətinə əsasən, Papa XIV Leonun ziyarət edəcəyi Bursanın İznik şəhərində İsa Məsih dövrünə aid mozaika aşkarlanıb.

Bu barədə "Haber Global" xəbər yayıb.

Bildirilir ki, üzərində qədim döyüş gəmisi və maral təsvirləri olan mozaika İznikdə bir evin təməlində aparılan qazıntılar zamanı üzə çıxarılıb.

Qeyd edək ki, ərazidə qazıntı işləri iki ay əvvəl başlayıb. İznik Muzeyi tərəfindən tikinti sahəsində aparılan ilkin araşdırmalar nəticəsində ərazidə tarixi qalıqların olduğu müəyyən edilib və həmin sahə rəsmi qazıntı zonası elan olunub. Arxeoloji işlər hazırda muzeyə bağlı mütəxəssislər tərəfindən davam etdirilir.

Qazıntı sahəsinin yaxınlığında, məşhur "Gladiator" filmində Rassel Kroununn canlandırdığı Maksimus Desimus Meridiusun yaşadığı evin də yerləşdiyi güman olunur.

Digər xəbərlər
21:26 Bursada tarixi kəşf: İsa Məsih dövrünə aid mozaika aşkarlandı
21:22 Süni intellekt 3D modellərdə teksturanı "hiss etməyi" öyrəndi
21:15 30 mayla bağlı qorxunc xəbərdarlıq - Nə baş verəcək?
21:04 Pezeşkiandan XƏBƏRDARLIQ - Böyük oyun başlaya, bu ölkələr iflic vəziyyətinə düşə bilər
20:57 İsrail ordusu Qəzzada böyük quru əməliyyatına başladı
20:51 ETSN-dən küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
11:32 Yeməkdən dərhal sonra yarım stəkan için - Dəyişimə inanmayacaqsınız
11:27 Hindistanda peyk daşıyan raket kosmosa gedə bilmədi - NASAZLIQ