hemle

“Müqəddəs vətən torpağının ətri ruhumuzun qidasıdır”

Tarix:22-08-2023, 07:48
Baxış Sayı:83

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Əhalinin Maarifləndirilməsinə Mütəxəsislərin Dəstəyi İctimai Birliyinin həyata keçirdiyi “Müqəddəs vətən torpağının ətri ruhumuzun qidasıdır” adlı layihənin icrası başlanmışdır. Layihənin müqavilələri bağlanıb, hazırlıq işləri başa çatıb. Layihənin icrası məqsədi ilə çəkilməsi nəzərdə tutulan “Vətən ətri” filminin çəkilişləri başlamaq üzrədir.

“Müqəddəs vətən torpağının ətri ruhumuzun qidasıdır” layihəsinin ideyası Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən oğulların tanıdılması və vətən sevgisi ruhunda gəncliyin yetişdirilməsi, Azərbaycanın qələbəsinə gəncliyin inamını və sevgisini artıqmaqdır.
Layihədə tanıtmaq istədiyimiz şəhidlərimiz, Saatlı rayonunun Potubəyli kəndindən olan Amin Əmiraslanov, Saatlı rayonunun Bəylər kəndində 1 mart 1999-cu ildə anadan olan Elgiz Mehtiyev, İkram Şirvan oğlu Səmədov. Hər üç şəhid Saatlı rayonunda anadan olub və boya başa çatıblar. Lakin hər üç gənc Qarabağ sevdası ilə nəfəs alıblar. Bu vətənin müqəddəsliyinin anlamıdır. Hər üç gəncimiz Qubadlı, Füzuli, Cəbrayıl uğrunda döyüşüblər iki oğul Qubadlıda biri isə Şuşada şəhid olub. Bu fatehlərin hər üçü gəncliyimiz üçün bariz nümunədirlər
-Şəhid Amin Əmiraslanov snayperçi olub. O,1991-ci il iyulun 1-də dünyaya göz açıb. Amin həqiqi hərbi xidmətini Tərtərdə keçib. Xidmətdə fərqləndiyinə görə fəxri fərmanla təltif edilib. Xidmətini bitirdikdən sonra isə doğma yurdu Saatlıya geri dönüb. Amin Əmiraslanov Vətən müharibəsi zamanı Cəbrayıl və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və noyabrın 4-də Qubadlı döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidentinin sərəncamlarına əsasən, Amin Əmiraslanov ölümündən sonra "Vətən uğrunda" , "Cəsur döyüşçü" , "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
-Saatlı rayonunun Bəylər kəndində 01 mart 1999-cu ildə anadan olan Elgiz Mehdiyev də Qubadlı döyüşləri zamanı, amma bir gün sonra şəhid olub. 2006-2014-cü illərdə kənd ümumi orta məktəbində təhsil alandan sonra, 2016-cı ildə hərbi xidmətə yollanıb və Tərtər rayonunun "N" saylı hərbi hissəsində qulluq edib.Elgiz Mehdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.Azərbaycan Prezidentinin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

-Şəhid İkram Şirvan oğlu Səmədov da Qubadlının azadlığı uğrunda döyüşüb. Lakin İkram Şuşa döyüşləri zamanı şəhid olub. 21 fevral 1991-ci ildə Saatlı rayonunu Əlisoltanlı kəndində dünyaya gəlib. 1998-ci ildə Saatlı rayon kənd orta məktəbinin birinci sinifinə daxil olub və 2008-ci ildə həmin məktəbi bitirib, Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinə daxil olub. 2014-cü ildə kolleci "Elektrik stansiyaların elektrik avadanlıqlarının quraşdırılması" ixtisasına

“Müqəddəs vətən torpağının ətri ruhumuzun qidasıdır” layihəsinin əsas məqsədi Qarabağ uğrunda şəhid olan vətən oğullarının tanıdılması və gəncliyin onlardan nümunə götürməsinin təbliği. Bunun üçün biz layihəmizin icrası zamanı “Vətən ətri” filminin çəkilməsi yolu ilə təbliğat işlərinin aparılması.

Layihənin vəzifəsi “Vətən ətri” sənədli filminin çəkilməsi və filmin təqdimat təqdimat tədbirlərinin keçirilməsi. Filmə aid disklərin çoxaldılaraq tədbir iştirakçılarına paylanması. Filmin təqdimat tədbirlərinin Saatlı rayonunun müxtəlif kəndlərində keçirilməsi. Layihənin vəzifəsi olaraq qeydə alınır.

Layihə rəhbəri

Əhalinin Maarifləndirilməsinə Mütəxəsislərin Dəstəyi İctimai Birliyinin sədri Famil Gözəlov

Digər xəbərlər
09:39 Ağız və dişlərə qulluq nə üçün vacibdir?
09:37 "TikTok" yetkinlik yaşına çatmayanlara gözəllik filtrlərindən istifadəni qadağan edəcək
09:33 "Instagram"dan yeni sevindirici funksiyalar
09:28 Azərbaycanda 29 yanvara seçki təyin edildi
09:24 Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür
09:20 Namizədlərin irəli sürülməsi prosesi başlayır
09:18 Rusiya qüvvələri bu istiqamətdə müdafiə xəttini yardı - Hədəf Xarkovdur
09:09 Yunanıstan Rusiya silahlarını Ermənistana verir? - Zaxarovadan açıqlama