hemle

Ermənistan tərəfindən təşkil edilmiş Terror aktları nəticəsində, Azərbaycan əhalisinə dəymiş zərərlər

Tarix:2-05-2020, 23:18
Baxış Sayı:581

İnsan sağlamlığının itirilməsi nəticəsində dəymiş humanitar-mənəvi zərərlər:
1 Terror aktları üzrə məcmu zərər və itkilər 478 800 000
2 Hərbi əməliyyatlar zamanı həlak olan və yaralananlar 10 736 000 000
3 Əsir, girov və itkin düşənlər 1 649 000 000
4 Atəşkəs dövrünün insan itkiləri 319 700 000
5 Müharibə əlilləri üzrə itki və zərərlər 323 400 000
6 Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması 17 367 600 000
7 Terror aktları və hərbi əməliyyatlar nəticəsində əhalinin və dövlət büdcəsinin zərər və itkiləri 36 859 000 000
Terror aktları və nəticələri:
1988-ci ildən başlanan və Ermənistanın hüquq mühafizə orqanları tərəfindən idarə olunan terror aktları nəticəsində Azərbaycan ərazisində 373 terror aktı törədilmiş və bunun da nəticəsində 1568 nəfər həlak olmuş, 1808 nəfər yaralanmışdır. Azərbaycan Respublikası, eləcə də xarici ölkələrin məhkəmələri tərəfindən prosessual qaydada sübuta yetirilmişdir ki, həmin terror aktları Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının yaxından iştirakı ilə ya birbaşa, ya da dolayısı ilə həyata keçirilmişdir.



Azərbaycanda hətta mülki əhaliyə qarşı da terror fəaliyyəti birbaşa Ermənistan Respublikasının dövlət orqanları və separatçı qurumları tərəfindən üçüncü ölkə vətəndaşlarını cəlb etməklə həyata keçirilmişdir. Azərbaycan Respublikasının azsaylı xalqlarının nümayəndələrini eləcədə hərbi əsir və girovlardan istifadə ilə təşkili, maliyyələşdirilməsi və reallaşdırılması Ermənistanın müvafiq qurumlarının iştirakı ilə həyata keçirilmişdir.

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi ilə Rusiya Federal Təhlükəsizlik Xidmətinin birgə əməkdaşlığı nəticəsində Ermənistan Respublikası Milli Təhlükəsizlik Baş İdarəsinin şöbə rəisi, polkovnik C.Ohanesyanın, onun müavini, mayor Aşot Qaloyanın, eləcədə Rusiya Federal Əks-kəşfiyyat Xidmətinin Terrorizmlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, mayor Boris Simonyanın başçılıq etdikləri erməni separatçı-terrorçu qruplar, Rusiya ərazisində tutularaq məsuliyyətə cəlb olundular. Moskvada yerləşən bu erməni terror qrupları Rusiya və Azərbaycan ərazisində dəmiryolu qatarlarında dəfələrlə partlayış törətmişdilər.

Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən terrorçu-separatçı “Sadval” təşkilatı üzvlərinin 1994-cü ilin martın 19-da Bakı Metropoliteninin “20 Yanvar” və “28 May” stansiyalarında törətdikləri və 19 nəfər dinc sakinin ölümü, 42 nəfərin yaralanması ilə nəticələnən partlayışın Ermənistan Respublikası xüsusi xidmət orqanları tərəfindən təşkil edilməsi faktı da prosessual qaydada tam sübuta yetirilmişdir.

Çoxsaylı şahid ifadələri və maddi sübutlar bu təşkilatın yaraqlılarının Ermənistanın Nairi və Arzni rayonlarında yerləşən, xüsusi xidmət orqanlarına məxsus hərbi-təxribat hazırlığı bazalarında, habelə Dağıstan Muxtar Respublikasının Məhərrəmkənd rayonu ərazisində təşkil edilmiş xüsusi düşərgələrdə təlim keçdiklərini birmənalı şəkildə təsdiqləmişdir. Məhz Ermənistanın xüsusi xidmət orqanları terror aktlarının icrası üçün cinayətkarları zəruri partlayıcı materiallar və texniki vasitələrlə təchiz etmiş və maliyyələşdirmişlər.

Azərbaycanın milli təhlükəsizlik orqanları həmin cinayətin 43 təşkilatçısını və icraçısını aşkarlamış, onlardan 30 nəfəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum olunmuş, ölkənin hüdudlarından kənarda gizlənənlər barədə isə əməliyyat-axtarış tədbirləri indi də davam etdirilir.

Bu dəhşətli terror aktının qeyri-adiliyi ondadır ki, Azərbaycan torpaqlarını işğal edən və Dağlıq Qarabağın separatçı rejiminə himayədarlıq edən qonşu Ermənistanın xüsusi xidmət orqanları həmin cinayəti həyata keçirmək üçün terrorçuları digər həmsərhəd ölkədə – Rusiya Federasiyasında, ölkəmizin bir sıra şimal rayonları barəsində ərazi iddiaları irəli sürən separatçılar sırasından hazırlamışlar. Bu isə müxtəlif etnik yönümlü separatçılar arasında qarşılıqlı əlaqələrin beynəlxalq terrorizmin əsas tərkib hissələrindən biri olduğuna daha bir sübut edir.

2000-ci ilin əvvəlindən etibarən Azərbaycanın şimal rayonlarında yaşayan avar xalqının adından separatçılıq hərəkatını başlamaq məqsədini güdən bir qrup fəallaşmışdı. Həmin cinayətlərin istintaqı zamanı göstərilən qrupun rəhbəri Hacı Maqomedovun və sonradan onun həbs edilmiş silahdaşı Şaban Buşdiyevin erməni xüsusi xidmətlərinin nümayəndələri ilə əlaqələrinin olması faktı aşkarlanmışdı. 1997-ci ildə onların hər ikisi Azərbaycan ərazisində “Avar dövləti”nin yaradılması üçün 1 milyon ABŞ dolları və 1000 ədəd avtomat silahın alınması məsələsinin müzakirəsi məqsədi ilə İrəvan və Xankəndiyə səfər etmişlər. Sonradan onlar bu danışıqları Mahaçqalada davam etdirmiş və nəticədə 1000 ədəd avtomat silahın və 300 min ABŞ dollarının verilməsi barədə razılığa gəliblər. Bundan sonra avar separatçılarının “Car-Balakən dövləti“nin yaradılması ideyası və bu istiqamətdə fəaliyyətlərinə dəstək almaq üçün H.Maqomedov 2001-ci ilin dekabrında yenidən İrəvana getmişdir. Bu səfərin əsas məqsədi yaz-yay mövsümündə yerli icra hakimiyyətinin binasının zəbt edilməsi, həbs olunmuş silahdaşlarının azadlığa buraxılması şərti ilə vəzifəli şəxslərin girov götürülməsi və dövlətə qarşı digər cinayət əməlləri üçün müxtəlif növ silah, o cümlədən istilik raketlərinin alınması idi. İstintaqın gedişində məlum oldu ki Ermənistan Kəşfiyyat orqanları həmin şəxsləri separatçı hərəkətlərə təhrik etmişlər.

1994-cü il iyulun 3-də Bakı metrosunun “28 May” və “Gənclik” stansiyaları arasında 14 nəfərin ölümü, 42 nəfərin yaralanması ilə nəticələnən terror aktı Ermənistan xüsusi xidmət orqanları tərəfindən təşkil edilmişdir. Bu məqsədlə Qarabağ uğrunda gedən döyüşlər zamanı əsir düşmüş Azər Aslanovun anasını aldadıb İrəvana çağırmış, oradan Azərbaycanın işğal olunmuş ərazilərinə apararaq girov saxlayıb və A.Aslanovu həmin cinayəti törətməyə sövq etmişlər (bu fakt erməni millətçi-separatçı ekstremizminin əsas ideoloqlarından biri, hazırda İnterpol xətti ilə axtarışda olan Zori Balayanın “Cəhənnəm və cənnət arasında” kitabında öz əksini tapmışdır). İstintaq və məhkəmə prosesində sübuta yetirilmişdir ki, A.Aslanovun terrorçu kimi hazırlanmasının “ideoloji təminatında” Zori Balayanın və Dağlıq Qarabağ erməni separatçılarının lideri və Ermənistan Respublikasının prezidenti olmuş Robert Koçaryanın iştirakı olmuşdur.

1990-cı illərin əvvəllərindən etibarən beynəlxalq terrorçu qrupların liderlərinin reabilitasiyasına çalışan Ermənistan rəhbərliyi xarici diasporanın radikal təşkilatlarının, xüsusilə “Daşnaksütyun”, ASALA, MAQ, “Erməni birliyi”, “Erməni Azadlıq cəbhəsi” və digər terror təşkilatları fəallarının Ermənistan ərazisində toplanması məqsədi ilə geniş miqyaslı kampaniyaya başlamış, onların fəaliyyətlərinə siyasi-hüquqi şərait yaradaraq sığınacaq vermiş, pul, silah, saxta sənəd və nəqliyyatla təchiz etmişdir. Belə ki, Suriyada doğulmuş, ASALA üzvü, 1983-cü ilin iyun ayında Fransanın “Orli” aeroportunda partalyış törətdiyinə görə həbs edilmiş Varujan Karapetyanın Ermənistan xüsusi xidmət orqanları tərəfindən Eçmiədzin kilsəsinin imkanları vasitəsi ilə azad olunması üçün imza toplama kompaniyası keçirilmişdir.

Fransada terror aktları törətdiyinə görə həbs edilmiş ABŞ vətəndaşı, tanınmış beynəlxalq terrorçu Monte Melkunyan azad olduqdan sonra 1990-cı ildə Ermənistandan Dağlıq Qarabağa göndərilərək azərbaycanlıları öz torpaqlarından məcburi köçkün vəziyyətinə salmış terrorçu qruplara rəhbərlik etmişdir. 1993-cü ilin yayında Azərbaycan qoşun hissələri tərəfindən məhv edilmişdir. M.Melkonyanın İrəvanda dəfn mərasimində prezident də daxil olmaqla Ermənistanın dövlət rəsmiləri iştirak etmiş, sonra bu beynəlxalq terrorçu Ermənistanın Milli Qəhrəmanı elan olunmuş, onun adı Ermənistan Müdafiə Nazirliyinin diversiya mərkəzlərindən birinə verilmişdir.

1992-ci ildə Xankəndinə göndərilmiş Vazgen Sislyan, Yaxın Şərq terrorçuları Abu Əli, Qilbert Minasanyan və digər terrorçulardan zorakılıq siyasətini dünya ictimaiyyətinin diqqətini erməni məsələsinə yönəltmək üçün vasitə kimi istifadə edirdilər.

Robert Koçaryanın hakimiyyəti dövründə Ermənistanda terrorçu qrupların rəhbərlərinin reabilitasiyası halları daha da artmışdır. Tanınmış terrorçu, İran vətəndaşı və “Daşnaksütyun” partiyasının üzvü Qrant Markaryan həbsdən azad edilərək, Robert Koçaryan tərəfindən Qarabağ müharibəsinin qəhrəmanı adına layiq görülmüşlər. Bütün bunlar Ermənistan rəhbərliyinin Azərbaycana qarşı terror aktlarının təşkilində bilavasitə iştirakını bir daha təsdiq edir. Əslində Ermənistanın rəhbərləri: o cümlədən prezidentlər R.Koçaryan, S.Sarkisyan və Dağlıq Qarabağdakı işğalçı-separatçı rejimin rəhbərləri A.Qukasyan, B.Saakyan terrorçularla sıx əlaqədə olduqlarını heç vaxt gizlətmirlər.
monuments.az saytı
Faiq İsmayılov;
Davamı var.

Digər xəbərlər
09:46 Paşinyan: "Azərbaycanla sərhədin delimitasiya olunan hissələrindən Aİ missiyasını çıxarmağa hazırıq"
09:45 "WhatsApp"dan möhtəşəm funksiya: Səsli mesajlar mətnə çevrilir
09:41 ÜST-dən meymunçiçəyi ilə bağlı qərar
09:39 Avtomobilin işıq cihazına "plyonka" çəkənlərin DİQQƏTİNƏ: Cərimə gözləyir?
09:38 Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
09:36 Ukraynanın əkin torpaqları hansı ölkələrə satılıb? – İnanılmaz faktlar
09:35 Putin bu raketlərlə bağlı müşavirə keçirdi - "Dünyada onların qarşısını alacaq silah yoxdur"
09:33 İrəvan Bakıya qarşı bu iddialardan imtina etməyə hazırdır - Paşinyan