hemle

Ankarada İŞİD-in 5 üzvü həbs edildi -Atəş.az

Tarix:28-01-2017, 18:00
Baxış Sayı:676

Türkiyənin paytaxtı Ankarada İŞİD terror təşkilatının 5 üzvü həbs olunub. Ankara Təhlükəsizlik İdarəsinin Terrorla Mübarizə Şöbəsi tərəfindən saxlanılan 8 nəfər dindirildikdən sonra məhkəməyə göndərilib. Şübhəlilərdən 5-i tutulub, 3-ü sərbəst buraxılıb. İstanbulda isə İŞİD-lə əlaqədə şübhəli bilinən 2 Türkiyə vətəndaşı və 15 əcnəbi saxlanılıb. Əcnəbilər deportasiya ediləcək. Saxlanılan Türkiyə vətəndaşlarından biri İŞİD-ə qoşulmaq istəyənlərə sığınacaq verib və terror təşkilatına yeni üzvlər cəlb edib. Misirdə isə qruplaşmanın 6 silahlısı zərərsizləşdirilib. Misir ordusu artıq iki ildən çoxdur ki, Sinay yarımadasının şimalında silahlı qruplaşmalara qarşı anti-terror əməliyyatı həyata keçirir.

Digər xəbərlər
10:44 Çay paketlərindəki təhlükə: Kif və bakteriya riski...
10:40 ChatGPT-yə “Dünyanı necə ələ keçirərsən?” sualı verildi: Tükürpədən cavab!
10:36 Pensiyalar 2 günə veriləcək - RƏSMİ
10:33 Onların pensiya yaşı 20 ilədək AZALDILIR - DSMF AÇIQLADI
10:17 Uzunömürlülüyün sirri: Ürək sağlamlığı üçün həftədə optimal yumurta sayı açıqlandı
10:08 Azərbaycanda borcu olan bu şəxslərə SMS göndəriləcək
10:04 Ağdaban qətliamından 33 il ötür
09:44 ÜST rəhbərindən qorxunc PROQNOZ: Yeni pandemiya gəlir?