hemle

Ehtiyacımız olan və yolunu gözlədiyimiz “ Qərvəndin kitabı”.... - Əntiqə Rəşid yazır

Tarix:2-05-2020, 01:25
Baxış Sayı:491

Əziz qərvəndlilər!

Hər zaman böyük ehtiram və sevgi ilə yanaşdığım el-obam! Bu gün sizə müraciət etmək istəyirəm! Bildiyiniz kimi, düz 26 ildi gözəl yuurdumuz işğal olunub, camaatımız pərən-pərən düşüb, varımız-dövlətimiz məhv edilib. Təbii ki, bizim üçün dəyərli olan keçmişimiz, dünənimiz, tariximiz, adət-ənənələrimiz o yurdla bərabər havaya sovrulub. Bizim hazırda bir şəhidimizi, bir əlilimizi, bir veteranımızı, bir ağsaqqalımızı, dəyərli həmkəndlimizi, kəndimizingelib-keçmişini özündə birləşdirən bir stolustu kitabımız yoxdu! 26 ildi gözləyirəm ki, hansısa bir ziyalımız belə bir kitabı yazıb - çap etdirib camaatımıza böyük bir xidmət etmiş olacaq. Təəssüf ki, bü günə qədər belə bir işi boynuna götürən, ötənlərimizi ictimaiyyətimizə çatdıran bir ziyalımız ortalığa çıxmadı. Məsələn, mənim bir qohumum var! Sovetin qılıncının dalı-qabağı kəsən vaxtlarda onun əlində hər cür imkan olub. Jurnalist kimi yazı yazmaqda, kitab çap etdirməkdə, hətta kəndimizin işğalı ilə bağlı ən azı 10-15 dəqiqəlik bir videoçəkiliş etmək də gəlirdi.. Amma o bunu etmədi...Lazım bilmədi... Halbuki, İTV kimi bir kanalda 2-ci adam idi... Etmədi! Niyəsini bilmirəm! Sizlər məndən daha yaxşı bilərsiniz!

Uzun sözün qısası, kəndimizdən yalnız elə bir kitabı həmin adamdan gözləyirdim!

Buna çox təəssüf edirəm ki, pambıqcılığın mərkəzi olduğumuz ücün, sovet rejiminin və kolxoz sədri Xuraman Abbasovanın sayəsində bizim kəndimiz adlı-sanlı insanlar, respublika miqyaslı ziyalılar yetişdirə bilmədi...Buna da çox təəssüf edirəm...

Amma, bizim kəndimizə aid avtobioqrafik bir kitabımızın olmaması hamımızın ayıbıdı...Xüsusən , oxumuşlarımızın, təhsilli həmkəndlilərimizin!

Mənim elə bir kitabım deyək ki, çapa hazır vəziyyətdədir. Düz 6 ildi! Amma onu çap etdirmək imkanlarım yoxdu. Sabah mən başımı atıb ölsəm, kəndimiz haqqında yazacaq biri olmayacaq.. .Bunu əminliklə deyirəm! Olmayacaq! Çunki ndiyənə qədər olmadı! Gələcək nesil, nə bilir ki, nə də yazsın..
Qərvəndi sevirsinizsə, onun şəhidlərinə, əlillərinə, veteranlarına, keçmişinə, tarixinə, insanlarına azacıq hörmətiniz varsa, o kitabın çapa getməsini düşünün! Sabah gec ola bilər! Bu gün düşünün! Məncə, bu artıq prinsip məsələsi olmalıdır!

Yeri gəlmişkən, qonşu Mərzili bizdən az fərqlə böyükdü, az fərqlə əhalisi çoxdu.. Amma onların onlarla stolustü kitabı var... Çünki onların nəinki respublika, eləcə də dünya seviyyəli ziyalıları var! Bu da onu göstərirki, Mərzililərin ziyalıları, Qərvəndin ziyalılarından daha çox yurdlarını sevirlər, daha çox təəssübkeşdirlər! Daha çox ciblərini, güzaranlarını deyil, camaatını, vətənini dəyərli insanlarını düşünürlər!

Bu kitab çap olunarsa, bütün Qərvənd camaatına hörmət-ehtiram, ictimaiyyət üçün isə məlumatlandırma toplusu olar...

Mən boynuma düşəni yuksək keyfiyyətlə etdim. Burdan beləsi sizin boynunuza...! Elə düşünün vətən yenə dardadır, sizdən kömək istəyir! "Məni itib-batmağa qoymayın”deyə yalvarır kəndimiz...

Prinsipiallığınızı yaxın günlərdə görmək ümidi ilə!


Əntiqə Rəşid

Digər xəbərlər
12:23 92 fərdi evdə 400-ə yaxın sakinin yaşadığı bu kənddə qaz açılışı oldu - VİDEO
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ