hemle

Dünya Azərbaycanlıları Beynəlxalq Fondu erməni təxribatları ilə əlaqədar İsveç və Almaniyaya çağırış edib

Tarix:7-06-2023, 12:39
Baxış Sayı:110

Almaniyadakı Ermənilərin Mərkəzi Şurası və İsveç Erməni Assosiasiyaları İttifaqı (UAAS) Qarabağ separatçılarının bəyanatını dəstəkləyərək Nikol Paşinyanın mayın 22-də verdiyi açıqlamanı pisləyiblər. Erməni diasporu açıq şəkildə bəyan edib ki, Qarabağın Azərbaycanın tərkib hissəsi kimi göstəriləcəyi hər hansı beynəlxalq və ya dövlətlərarası sənədi Ermənistan üçün qəbuledilməz hesab edir.

Hər iki erməni diasporunun bu bəyanatı mərkəzi qərargahı Stohkolmda yerləşən Dünya Azərbaycanlıları Beynəlxalq Fondu tərəfindən kəskin etirazla qarşılanıb. Fond Almaniya və İsveçdə fəaliyyət göstərən erməni diaspor təşkilatlarının separatçı və qızışdırıcı bəyanatları ilə bağlı hər iki ölkənin (Almaniya və İsveç) rəsmi qurumlarına müraciət ünvanlayıb.

“Sülhə gedən yol ölkələri və xalqları münaqişələrə, müharibələrə, faciələrə aparan problemlərin aradan qaldırılmasından keçir. Təəssüf ki, erməni diaspor təşkilatlarının nümayəndələri bu aşkar həqiqəti anlamaq və tanımaq istəmirlər. Xüsusilə, İsveç və Almaniyanın erməni icmaları Qarabağ separatçılarının bəyanatını dəstəkləyir, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatını pisləyirlər”, - müraciətdə vurğulanıb.

DABF-in müraciətində bildirilib ki, İsveç və Almaniyadakı, eləcə də digər ölkələrin erməni icmalarının bəyanatları, həqiqətən də, təxribat xarakterlidir:

“Bu çağırışlar Azərbaycanın ərazi bütövlüyünə hörmətsizliyin nümayişidir, separatizmə açıq dəstəkdir. Erməni separatçılarının dünya tərəfindən tanınmış Azərbaycan ərazisində bu cür hərəkətlərinə təkan verməklə İsveç və Almaniya, eləcə də dünyanın digər ölkələrindəki erməni icmaları yeni müharibələr və faciələrə stimul verirlər. Azərbaycan isə sülh, dövlətlərin ərazi bütövlüyünə hörmət, beynəlxalq hüquq normalarına riayət etmək mövqeyindədir. Rəsmi Bakının bu mövqeyini dünyanın müxtəlif ölkələrində yaşayan on milyonlarla azərbaycanlı dəstəkləyir”.

DABF həmin ölkələrin rəsmi qurumlarını Azərbaycana qarşı bu təxribatların arxasında duranları məsuliyyətə cəlb etməyə çağırıb.

Xatırladaq ki, N.Paşinyan açıqlamasında yeni müharibənin qarşısını almaq üçün Ermənistanın “Qarabağın əhalisinin öz müqəddəratını təyin etməsindən” imtina etməli olduğuna diqqət çəkib. O, həmçinin qeyd edib ki, Azərbaycanın Ermənistan tərəfindən tanınan ərazisi 86,6 min kvadratkilometrdir.

Digər xəbərlər
12:29 Bu gecə Rusiya səması: 105 pilotsuz təyyarə vurulub
12:24 Bu şəxslər hər ay 200 manat ala bilər
10:54 Ukrayna bu sənədi Aİ-yə göndərir: İçində Rusiyaya qarşı görün nələr var
10:51 “Döyüş nöqtəsinə” çatıblar: 2030-cu ilə qədər yarım milyard yeniyetmə bu xəstəliyə tutulacaq
13:21 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
13:16 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
08:33 Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?
08:30 Ən ağıllı insanlar bu qan qrupundan olurlar