hemle

“Paşinyanın xalqın adından sənəd imzalamaq hüququ yoxdur” - Ermənistan Vəkillər Kollegiyasının sədri

Tarix:10-11-2020, 19:12
Baxış Sayı:406

Ermənilərin hələ ki, həzm edə bilmədiyi kapitulyasiya razılaşmasına etirazlar davam edir.

ATESH,AZ saytı “AzPolitika.info” saytına istinadən xəbər verir ki, erməni KİV-lərində Ermənistanın Vəkillər Kollegiyasının (VK) sədri Ara Zöhrabyanın bəyanatı dərc edilib.

VK sədri bəyan edib ki, sözügedən razılaşma beynəlxalq sülh müqaviləsi xarakteri daşıyır: “9 bənddən ibarət sülh razılaşması beynəlxalq müqavilə xarakteri daşıyır. Deməli, baş nazirin onu imzalamaq hüququ yoxdur. Baş nazir xalqın iradəsinin əleyhinə olan belə bir sənədi imzalamaq səlahiyyətinə malik deyil.”

Hüquqşünas iddia edib ki, Azərbaycanın Qərb rayonlarından Naxçıvana yol açılması erməni əhalisinin həmin ərazilərdən istifadə hüquqlarının pozulması anlamı daşıyır. Ona görə də qanunla Paşinyanın təkbaşına belə qərar vermə hüququ yoxdur. O, çıxış yolunu baş nazirin istefasında və razılaşmanının təsdiqlənməməsində gördüyünü bildirib.
Sonda bu sənədin Azərbaycanın maraqlarına uyğun olduğunu deyən VK sədri Rusiyanı da dolayısı ilə təhdid edərək, “inanıram ki, Rusiya erməni xalqının inamını itirmək istəməz”, - deyə qeyd edib.
ATESH,AZ

Digər xəbərlər
22:20 Dünyanı gözləyən növbəti dəhşətli təhlükə
22:17 Prezident TƏSDİQLƏDİ - Azərbaycanda abidələrə vahid qaydada pasport veriləcək
22:15 Azərbaycandan getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndərilməsi qüvvəyə minib
22:11 Türkiyədə GÜCLÜ YANĞIN: çox sayda xəsarət alan var
22:07 “Azərbaycan tarixi xəritələrdə” - Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb
22:05 Ermənilər Qarabağda “parad” üçün silahları bu ölkədən gətiriblər - Məhkəmədə ETİRAF
22:02 Paşinyan Ərdoğana zəng etdi: Sülh müqaviləsini müzakirə etdilər
21:59 Emosional insanlarda təhlükəli xəstəlik riski var: XƏBƏRDARLIQ