hemle

David Şahnazaryan: “İşğal edilmiş ərazilər Azərbaycana qaytarılacaq”

Tarix:28-04-2020, 16:26
Baxış Sayı:473

Qarabağ münaqişəsinin həllinin mərhələli variantı ətrafında danışıqlar prosesi artıq son tura yaxınlaşır. Sergey Lavrovun açıqlamaları o deməkdir ki, sənəd masa üzərindədir və o imzalanmalıdır.


Bunu Ermənistanın keçmiş milli təhlükəsizlik naziri, siyasətçi David Şahnazaryan «News of Armenia” agentliyinə müsahibəsində deyib.
«Mən həmişə demişəm ki, Paşinyan məhz mərhələli variantı müzakirə edir. Bu hər şeydən əvvəl, Lavrovun dediyi kimi, Artsax Silahlı Qüvvələrinin ərazilərdən (beş rayondan) çıxarılması və ikinci mərhələdə, işləməyəcək bəzi kommunikasiyaların açılması, Azərbaycanın tərkibinə daxil olması istisna olmamaqla Dağlıq Qarabağın hansısa müvəqqəti statusudur. Hiss olunur ki, bu əraziləri azərbaycanlılara qaytaracaqlar”, — deyə D.Şahnazaryan bildirib.


Onun sözlərinə görə, erməni tərəfi Qarabağ məsələsi ətrafında danışıqların gedişini gizlətməkdə davam edir.


«Xatırlayırsınızsa, Paşinyan hakimiyyətə gələn ilk günlərdə danışıqları əvvəlki hakimiyyətdən qalan nöqtədən davam etdirməyəcəyini dedi, guya o öz nöqtəsindən danışıqlar aparır. Lavrov Paşinyanın həmin «bəndini” üzə çıxardı, bu da bəzi ərazilərin qaytarılması, qalan məsələlərin, o cümlədən Dağlıq Qarabağın statusunun gələcək danışıqlara saxlanılması deməkdir.
Ermənistan Xarici İşlər Nazirliyi və ümumilikdə erməni tərəfi reallığı gizlətməkdə, yalan danışmaqda davam edir. Absurd, bir-birinə zidd olan açıqlamalar verilir: Nikol Paşinyan deyir ki, qərar Ermənistanı, Artsaxı və Azərbaycanı qane etməlidir, Zohrab Mnatsakanyan iddia etdi ki, «heç bir danışıq yoxdur», «bu məsləhətləşmədir», «masada sənəd yoxdur”,- deyə ictimai xadim qeyd edib.

D.Şahnazaryan onu da xatırladıb ki, Lavrov tarixən Ermənistan-Rusiya münasibətlərinin ən aşağı səviyyəsini qeyd edib.

Əminəm ki, mərhələli variant ətrafında danışıqlar prosesi artıq son tura yaxınlaşır, çünki Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirdi ki, bu sənəd masa üzərindədir, danışıqlar olub və o imzalanmalıdır. Bu, Ermənistan hakimiyyətinə, hər şeydən əvvəl Paşinyana bir çağırış idi ki, artıq respublika ictimaiyyəti ilə səmimi olmağın, reallığı gizlətməməyin vaxtıdır, hansı ki, baş nazir artıq iki ildir məhz bunu edir.


Bu hansısa mənada həm də bir xəbərdarlıq idi ki, əgər Ermənistan hökuməti reallıqları ictimaiyyətdən gizlətməyə davam edərsə, Rusiya erməni cəmiyyəti ilə sadəcə, özü danışmağa başlayacaq. Lavrov öz adından danışmadı, ATƏT-in Minsk Qrupunun həmsədrləri adından danışdı və həmsədr ölkələrin yekdil rəyini təqdim etdi və bu, Ermənistan Respublikası hakimiyyəti üçün də həddən artıq gözlənilməz oldu”, — keçmiş nazir vurğulayıb.


D.Şahnazaryan Ermənistanın beynəlxalq münasibətlərdə tam məğlubiyyətə uğradığını da bildirib: «Bütün istiqamətlərdə uğursuzluqdur: iqtisadi, sosial, investisiya və ilk növbədə xarici siyasət tamamilə məğlub durumdadır. Ermənistanın nəinki strateji tərəfdaşı olan Rusiya ilə ən aşağı səviyyədə münasibətləri var, eyni vəziyyət ABŞ ilə münasibətlərdə də müşahidə olunur, burada ümumiyyətlə gündəlik yoxdur. ATƏT-in Minsk Qrupunun digər həmsədri ötən il Azərbaycanla münasibətləri düzəldən və hətta hərbi-texniki sahədə çox genişmiqyaslı proqramlar həyata keçirən Fransadır. Yəni təkcə Dağlıq Qarabağ probleminin həllində deyil, bütövlükdə xarici siyasətdə də utancverici bir vəziyyət yaranıb»,-deyə D.Şahnazaryan etiraf edib.


Sabiq nazir Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun açıqlamasını da dəyərləndirib: «Əgər bu başqa bir dövlətə münasibətdə edilsəydi, deyərdim ki, gülüncdür, amma indiki halda faciəlidir. Beynəlxalq münasibətlərdə belə bir iş tərzi qəbuledilməzdir və bu səbəbdən dünyanın heç bir yerində Paşinyan hakimiyyətinə ciddi yanaşmırlar. Lavrovun düzgün və ya yanlış danışdığını bir kənara qoyaq, müttəfiqlərlə bu dildə və üslubda danışmırlar”./Virtualaz.org /

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı