hemle

Pensiya yaşı azaldılacaq? - Rəsmi CAVAB

Tarix:2-06-2023, 13:22
Baxış Sayı:120

Bizdə rəqəmlər var və görürük ki, 65 yaşına çatanların 70-75 faizi pensiya alır.

Bu barədə bu gün əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov ƏƏSMN tərəfindən 5 il ərzində görülən işlərə dair keçirilən mətbuat konfransında deyib.

"Bir-iki ölkə göstərirlər ki, onlarda pensiya yaşı 63-dür. Görək, növbəti illərdə bu, belə olacaqmı? Bizdə hazırda qadınların pensiyaya çıxma yaşı 63-dür, lakin 2027-ci ilə qədər onlarda da 65 olacaq. Deputatlar əhaliyə mesaj vermək istəyirlər, amma bu rəqəmlər əsaslandırılmış olmalıdır. Demoqrafik artım oldu və əhalimizin sayı 10 milyonu keçdi. 2040-2050-ci illərdə həmin şəxslər pensiya yaşına çatacaq. Biz də burada mütənasibliyə fikir verməliyik. Pensiya müzakirələrində 5-10 il danışılmır. 2050-2080-ci illərə dair uzunmüddətli planlar hesablanır", - deyə qeyd edib.

Digər xəbərlər
11:32 Yeməkdən dərhal sonra yarım stəkan için - Dəyişimə inanmayacaqsınız
11:27 Hindistanda peyk daşıyan raket kosmosa gedə bilmədi - NASAZLIQ
11:23 İsrail “Eurovision”dakı mahnıya görə erməniləri təhqir etdi: İrəvanda dəli oldular
11:16 Elgünün ailəsindən YENİ AÇIQLAMA: "Hər kəs uydurma xəbər paylaşır"
11:13 Avropanın ən stresli hava limanları - 34,7 min baqaj yoxa çıxıb
11:10 “Avroviziya-2025”in qalibi bu ölkə oldu - YENİLƏNDİ
11:02 Bu gün hava yağmursuz keçəcək
10:57 HƏMAS-ın İsrailə hücumunun HƏDƏFİ AÇIQLANDI