19 May Beynəlxalq Qalereyanın sərgi salonunda Bakı Şəhər Mədəniyyət Baş İdarəsini Səbail rayon MKS-nin 1 saylı filialının müdiri ( M. Ə.Sabir adına ) Azərbaycan Rəssamlar İttifaqının üzvü, Dekorativ Tətbiqi Sənət Rəssamı,YAP Yasamal Rayon Təşkilatının fəal üzvü Abbasova Gülşən Səməd qızının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Milyon Qızıl Güllər" adlı ilk fərdi yaradıcılıq sərgisi təşkil olundu. Sərgidə rəssamın 30 dekorativ-tətbiqi sənət əsəri nümayiş olunurdu. Sərgini giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru, layihə rəhbəri Elnurə İsgəndərova Gülşən xanımın əsərlərində təbiətin təbii gözəlliklərindən yaratdığı xüsusilə müxtəlif güllər, sünbül, zeytun, palıd, qoz, fındıq, badam ağacının meyvələrindən, oduncaqlarından hazırlanan əsərlərin əsrarəngizliyindən söz açdı. Yüksək vətənpərvərliyi, rəhbərilik bacarığı ilə daim seçilən Gülşən xanıma işində və incəsənətdə tükənməz enerji, uğurlar arzuladı.
Gülşən xanım çıxışında öncə sərgini yüksək səviyyədə təşkil edən layihə rəhbəri Elnurə İsgəndərovaya və təşkilatçı Aygün Əzizovaya təşəkkür edib, sərgiyə gələn qonaqları salamladı. Sənətkar təbiətdən ilhamlanıb yaratdığı əsərlərin texnikasından danışdı. Qarşıda olacaq sərgilər üçün yeni ideyalarının artıq reallaşacağını bildirdi.
Çıxış edənlərdən Bakı Şəhər Mədəniyyət Baş İdarəsininin şöbə müdiri Səbinə Məmmədova, Səbail MKS-nin direktoru Nərmin Xəlilova, Cəfər Cabbarlı adına ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı, M . F. Axundov adına kitabxananın şöbə müdiri Gülər Hüseynova , Səbail MKS-nin 6 saylı filialının müdiri Vəfa Şirəliyeva, Səbail MKS-nin 3 sayli filialının müdiri Arzu Xudayarova, Nərimanov MKS-nin direktoru Vəfa Yusifova, Kipr Türk Cümhuriyyətinin ölkəmizdəki təmsilçiliyinin Təhsil və Mədəniyyət müşaviri Tevfik Ulual Gülşən xanıma sərgilərin davamlı olmasını arzuladılar, uğurlar dilədilər.
Sərgidə həmçinin Səbail MKS-nin 1 saylı filialının əməkdaşları, şöbə müdirləri istirak edirdilər.
Sonra Gülşən xanım qonaqları fərdi yaradıcılıq sərgisinin xüsusi hazırlanmış "Qızıl Güllər" tortunu dadmağa dəvət etdi.
Beynəlxq Qalereya adından ilk fərdi yaradıcılıq sərgisinə görə diplomla təltif olundu.
Sərgidə müsabiqələr laureatı, məhşur saksafon ifaçısı Emin Kazımzadənin musiqi töfhəsi izləyicilər tərəfindən rəğbətlə qarşılandı.
Sərgiyə baxmaq üçün gələn qonaqlar əsərlərdən zövq aldıqlarını, sanki sirli bir aləmə düşdüklərini söylədilər.
Müxbir : Aygün Oqtay
Fotoqraf: Mahir Əhmədov