hemle

Ağdam 20 avqust tarixində...

Tarix:24-08-2021, 22:45
Baxış Sayı:514

Ağdam, 20 avqust tarixində
Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvləri Elnurə və Aygün İsgəndərova bacılarının Vətən müharibəsində qazanılan Şanlı Zəfərə həsr olunmuş “Milli-mənəvi dəyərlərimiz" adlı dekorativ-tətbiqi sənət nümunələrindən ibarət ilk fərdi yaradıcılıq sərgisi açılıb.
Mədəniyyət Nazirliyinin, Rəssamlar İttifaqının, Ağdam Rayon İcra Hakimiyyətinin, Ağdam rayon Heydər Əliyev Mərkəzinin və rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən sərgidə Elnurə və Aygün İsgəndərovaların dekorativ-tətbiqi sənət nümunələrindən ibarət 50-yə yaxın əsəri nümayiş etdirilib.
Şəhid ailələri, media nümayəndələri, mədəniyyət işçiləri dekorativ-tətbiqi sənət nümunələrindən ibarət sərgi ilə, eləcə də Ağdam Rayon Tarix-Diyarşünaslıq və Rahib Məmmədov adına Döyüş Şöhrəti muzeylərinin eksponatları ilə də tanış olublar.
Sonra Heydər Əliyev Mərkəzində şəhid ailələrinin iştirakı ilə tədbir keçirilib. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənov, Xalq rəssamı Arif Hüseynov, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Azərbaycanın Milli Qəhrəmanı Asif (FRED) Məhərrəmov adına fondun rəhbəri Ədalət Məhərrəmov
"GALERA" Sənət Mərkəzinin direktoru Mansur Əsgərli,
Qızıl Aypara cəmiyyətinin Kəlbəcər rayon bölməsinin sədri Gəncəli Mehdiyev,
AJB-nin üzvü, XeberTıme.Az saytının rəhbəri Yeganə Telmanqızı
çıxış edərək, Vətən müharibəsində Azərbaycan Ordusunun Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı Şanlı Qələbədən danışıb, bu zəfərə həsr olunmuş “Milli-mənəvi dəyərlərimiz” adlı dekorativ-tətbiqi sənət nümunələrindən ibarət yaradıcılıq sərgisini yüksək qiymətləndiriblər.
Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvləri Elnurə və Aygün İsgəndərova bacıları sərginin təşkilatçılarına və hər zaman xüsusi dəstəyinə görə Kanadada Azərbaycan diasporunun fəal nümayəndəsi, alim Səbinə İsgəndərovaya, iştirakçılara minnətdarlıqlarını bildiriblər.
Sonda şəhid analarına XeberTime.az saytı və Ümid Xeyriyyə Cəmiyyəti adından diplom və hədiyyələr, Aygün xanımın tələbəsi Ayxan İsayevin şəhidlərimizin fotoları əks olunmuş əl işləri təqdim olundu.
Rəssam Aygün İsgəndərova bildirib ki, fərdi yaradıcılıq sərgisi şəhid anaları və media nümayəndələri üçün nəzərdə tutulub. Sərgidə tətbiqi sənətin müxtəlif növlərinə aid nümunələr nümayiş olunur. Vətən müharibəsində qazanılan zəfərdən sonra Ağdam Rayon Heydər Əliyev Mərkəzində belə bir sərginin keçirilməsi çox əlamətdardır.
Xalq rəssamı Arif Hüseynov isə qeyd edib ki, sərginin Qarabağda, Ağdamda keçirilməsi rəmzi xarakter daşıyır. “İstərdim ki, Azərbaycan rəssamları respublikamızın regionlarında fərdi sərgilərini açsınlar. Bugünkü sərgini çox yüksək qiymətləndirir, Elnurə və Aygün İsgəndərova bacılarına uğurlar arzulayıram”, - deyə o əlavə edib.
Sonda Elnurə və Aygün İsgəndərovalara Ağdam İcra Hakimiyyəti və Azərbaycan Rəssamlar İttifaqı tərəfindən Fəxri Fərman və hədiyyələr təqdim olundu.
Həmçinin qonaqlar Şəhidlər Xiyabanını ziyarət edib şəhidlərimizin müqəddəs ruhlarına dualar oxudular.










Digər xəbərlər
09:59 COP29 günlərində maşınlar şəhərə xüsusi postlardan fasilələrlə buraxılacaq
09:32 Vətən müharibəsinin 37-ci günü: Səkkiz kənd işğaldan azad edilir
09:28 COP29: ilk 3 gün aeroportdan taksiyə minmək olmayacaq
09:25 ABŞ Ukraynaya 425 milyon dollarlıq silah paketi göndərdi
09:23 “Yandex” istifadəçilərinin rekord həcmdə şəxsi məlumatını dövlətə ötürüb
09:19 ÜST-dən vərəmlə bağlı xəbərdarlıq - Rekord yoluxma
09:17 "Lazım gələrsə, Tehran nüvə silahı yarada bilər" - İran rəsmisi
18:20 Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlandı