hemle

Rasim Məmmədovun xanımı “Baku Steel Company”ni məhkəməyə verdi

Tarix:13-05-2023, 10:08
Baxış Sayı:85

Azərbaycanda ən bahalı özəl məktəblərdən sayılan Bakı Oksford Məktəbi (Baku Oxford School) “Baku Steel Company” şirkətini məhkəməyə verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məktəb “Baku Steel Company”nin vaxtilə Bakı Oksford Məktəbinə məxsus olan və məktəblilərin daşınması üçün nəzərdə tutulmuş nəqliyyat vasitələrini ələ keçirdiyini iddia edir. Nəqliyyat vasitələrinin dəyərinin külli miqdarda olduğu bildirilir.

Məktəb rəhbərliyi maşınların geri qaytarılması ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib. İş hakim Nərmin Əhmədovanın icraatına verilib.

Qeyd edək ki, Bakı Oksford Məktəbi həbsdə olan iş adamı Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovaya məxsusdur. R.Məmmədov özü də uzun illər “Baku Steel Company”nin rəhbəri olub. Rasim Məmmədov həbs edildikdən sonra Bakı Oksford Məktəbinin üzərinə də həbs qoyulub. Məktəbin dəyəri 24 milyon manat qiymətləndirilir.

Bakı Oksford Məktəbi Bakıda ən bahalı özəl məktəblərdən sayılır. Burada təhsil ingilis dilindədir və əsasən imkanlı şəxslərin övladlarının oxuduğu məktəb kimi tanınır.
Xatırladaq ki, R.Məmmədov 2021-ci ildə DTX-nin keçirdiyi əməliyyatla həbs edilib. 185 milyon manatlıq yeyintidə təqsirli bilinən R.Məmmədov 14 il müddətə azadlıqdan məhrum edilib.

Digər xəbərlər
12:29 Bu gecə Rusiya səması: 105 pilotsuz təyyarə vurulub
12:24 Bu şəxslər hər ay 200 manat ala bilər
10:54 Ukrayna bu sənədi Aİ-yə göndərir: İçində Rusiyaya qarşı görün nələr var
10:51 “Döyüş nöqtəsinə” çatıblar: 2030-cu ilə qədər yarım milyard yeniyetmə bu xəstəliyə tutulacaq
13:21 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
13:16 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
08:33 Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?
08:30 Ən ağıllı insanlar bu qan qrupundan olurlar