hemle

Rasim Məmmədovun Aygündən aldığı evə qoyulan həbs götürüldü

Tarix:10-01-2023, 18:00
Baxış Sayı:126

"Baku Steel Company"nin keçmiş rəhbəri Rasim Məmmədovun Xalq artisti Aygün Kazımovadan aldığı evin üzərinə qoyulmuş həbs qərarı ləğv edilib.

APA-nın əldə etdiyi xəbərə görə, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda elan olunmuş hökmdə qeyd olunub.

Məhkəmə belə qənaətə gəlib ki, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən ev cinayət yolu ilə əldə edilməyib, bu əsasla həbs qərarı əsassızdır.

Qeyd edək ki, Rasim Məmmədov əvvəlki prosesdə həmin evi 2009-cu ildə Xalq artisti Aygün Kazımovadan aldığını demişdi.

Xatırladaq ki, Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Cinayət işi üzrə dəymiş ziyan 185 milyon manat hesablanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rasim Məmmədov 14 il azadlıqdan məhrum edilib. Bundan başqa, onun üzərinə həbs qoyulmuş 70 milyona yaxın əmlakları da müsadirə olunub.

Digər xəbərlər
20:34 Xankəndidə işləmək istəyənlərin nəzərinə - Boş iş yerləri var
20:13 Fransada yeni təşkilat yaradıldı: Hər yeri yandırıb məhv edirlər
13:57 Pensiyaya əlavələr ediləcək - 6 ildən bir, 2 dəfə
13:49 Bu şəxslər mediator ola bilməyəcəklər - SİYAHI
13:45 Sabah havanın temperaturu 29 dərəcəyədək yüksələcək
13:41 Ermənistanda “Qarabağ separatçıları"na növbəti zərbə - Ləğv EDİLDİ
13:34 Mərkəzi Bankın yeni binası təhvil verilir
13:19 GƏRGİN DEBAT: Putin AQRESSİVLƏŞDİ, Qərb ŞOKDA, müharibə ŞİDDƏTLƏNDİ – SAVAŞ NİYƏ ALOVLANDI?