hemle

Hacı Əliyev Azərbaycanın güləş tarixinə düşdü

Tarix:19-04-2023, 08:55
Baxış Sayı:126

Hacı Əliyev Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunan Avropa çempionatında qızıl medal qazanaraq Azərbaycanın güləş tarixinə düşüb.

Çempionatda 70 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz yeganə dördqat Avropa çempionu olan Azərbaycan güləşçisidir.

Hacı Əliyevin uğurunu yalnız yunan-Roma güləşçimiz Rafiq Hüseynov təkrarlaya bilər. Belə ki, üçqat Avropa çempionumuz Xorvatiyada keçirilən Avropa çempionatının yunan-Roma güləşi yarışlarında gücünü sınayacaq.

Avropa çempionatında yunan-Roma güləşi yarışlarına aprelin 21-də start veriləcək.

Qeyd edək ki, daha əvvəl Azərbaycan güləşçilərindən Namiq Abdullayev, Xetaq Qazyumov və Cəbrail Həsənov da üç dəfə Avropa çempionu adını qazanıblar. Hazırda onlar idmançı karyeralarını başa vurublar

Digər xəbərlər
09:59 "Telegram"da çoxdan gözlənilən YENİLİKLƏR
09:56 Robotlar üçün özünü bərpa edən əzələlər yaradıldı
09:51 Bu il Bakıdan İrəvana və əks istiqamətə bu qədər uçuş olub: Kimlər gəlib-gedib?
22:11 Qəbələ qibləyə döndü şanından…
22:09 İlk kannabis əsaslı dərman Ukraynaya göndərilir - Tərkibində nələr var?
21:55 Bu restoranlar cərimələndi
21:20 Danışıqlar uğursuz olarsa, Ukraynanı nə gözləyir? - İki ssenari
10:13 ELOĞLUM FƏXRİMİZDİ