hemle

Hacı Əliyev dördüncü dəfə qitənin ən güclüsü ola bilməyəcək

Tarix:15-04-2021, 17:41
Baxış Sayı:296

Aprelin 19-dan 25-dək Polşanın paytaxtı Varşavada keçiriləcək Avropa çempionatında iştirak edəcək sərbəst güləşçilər müəyyənləşib.

Böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında qitə birinciliyində Əfqan Xaşalov (-57 kq), Əhmədnəbi Qvarzatilov (-61 kq), Əli Rəhimzadə (-65 kq), Turan Bayramov (-70 kq), Əşrəf Aşırov (-74 kq), Rəşad Yusifli (-79 kq), Hacımurad Məhəmmədsəidov (-86 kq), Osman Nurməhəmmədov (-92 kq) və Şamil Zubairov (-97 kq) mübarizə aparacaq.

Aprelin 18-də sərbəst güləşdə bütün çəkilər üzrə püşkatma mərasimi keçiriləcək və güləşçilərimizin rəqibləri müəyyənləşəcək. Növbəti gün 57, 65, 70, 79 və 97 kq-da mübarizəyə start veriləcək. Digər çəkilərdə çıxış edən sərbəst güləşçilər isə ayın 20-də xalça üzərinə çıxacaq. Güləşin bu növündə mübarizəyə aprelin 21-də yekun vurulacaq.

Göründüyü kimi, sərbəst güləş üzrə üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyev bu yarışda mübarizə aparmayacaq. Bu isə o deməkdir ki, karyerasını Olimpiadadan sonra bitirməyi planlaşdıran Hacı dördüncü dəfə qitənin ən güclüsü ola bilməyəcək. Həmçinin Mahir Əmiraslanov, Şərif Şərifov və Camaləddin Məhəmmədov kimi aparıcı yığma üzvləri də bu yarışda olmayacaq.

Digər xəbərlər
15:56 Məktəbli formaları ilə bağlı YENİLİK
15:53 Bu tarixdə qısa iş günü olacaq
15:45 "Azpulmat" - sərfəli pul mənbəyi, yoxsa borc bataqlığı?
15:43 Sabah leysan yağacaq, güclü külək əsəcək
15:39 Ukrayna Rusiyanın strateji bazalarını bu məqsədlə vurub: Moskvanın cavabı necə olacaq?
15:36 Adı gizli saxlanılır: İranın Azərbaycana təyin etdiyi yeni səfir kimdir?
15:33 İçərişəhərlə bağlı yeni məhdudiyyət
15:31 İlham Əliyev Pakistanın energetika nazirini qəbul etdi - YENİLƏNDİ