hemle

20 MİN ŞƏXSƏ BİRDƏFƏLİK ÖDƏMƏ VERİLMƏSİNDƏN İMTİNA EDİLİB – NİYƏ?

Tarix:29-04-2020, 19:50
Baxış Sayı:436

İki və daha çox daşınmaz əmlakı olan 20 min şəxsə birdəfəlik ödəmə verilməsindən imtina edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ONN maedia -ya verilən məlumata görə, işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərdən ibarət aztəminatlılar üçün nəzərdə tutulan birdəfəlik ödəməni (190 manat) almaq məqsədilə müraciət edənlərdən 20 min şəxsin adında iki və daha çox daşınmaz əmlakı olduğu müəyyən edilib.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin informasiya bazasından əldə edilmiş məlumatlar əsasında iki və daha çox daşınmaz əmlakı olduğu aşkar edilən həmin vətəndaşlara birdəfəlik ödəmə verilməsindən imtina olunub. Bu barədə onlara SMS göndərilib. Həmin vətəndaşların sırasında 5, 10, hətta 40-dan çox əmlakı olan şəxslər də var.

Birdəfəlik ödəmə almaq üçün edilən müraciətlər müxtəlif dövlət qurumlarına məxsus olan ümumilikdə 25-dək elektron informasiya sistemlərindən əldə edilmiş məlumatlar əsasında emal olunaraq təhlil edilir və nəticəsinə uyğun obyektiv qərar verilir. Aztəminatlılıq meyarlarına uyğun gəlməyən şəxslərə birdəfəlik ödəmə təyin edilmir.
Xatırladaq ki, aprelin 27-nə olan məlumata görə, 400 min şəxsə birdəfəlik ödəmə təyin edilərək ödənişi aparılıb.
Birdəfəlik ödəmə almaq üçün edilmiş müraciətlərə baxılması prosesi davam edir. Daha 200 min şəxsə də ödəniş ediləcək.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
10:13 ELOĞLUM FƏXRİMİZDİ
10:01 Muğla zəlzələsindən sonra mütəxəssislərdən xəbərdarlıq: Sonradan baş verən təkanlar...
09:54 “WhatsApp”a rəqib gəldi
09:51 İran, Rusiya, Azərbaycan, Ermənistan... - ABŞ deyir ki, Türkiyə məharətlə yol tapır
09:46 İranın Azərbaycandakı yeni səfiri odur - Foto
09:40 Maskdan daha bir iddialı plan - Planetin ən böyük binasını tikəcək
09:37 Varlılar 2050-ci ili gözləyirlər: 1000 il yaşaya biləcəklər
09:33 "Haribo"da yenə narkotik maddə aşkarlandı