hemle

Ekoloji Biliklər Günü münasibəti ilə YAP Yasamal rayon təşkilatı Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbir keçirdi

Tarix:17-04-2023, 13:35
Baxış Sayı:322

15 Aprel Beynəlxalq Mədəniyyət Günü və eyni zamanda Ekoloji Biliklər Günü münasibəti ilə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevin, "Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun direktoru Elvin Orucovun dəstəyi ilə
Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində "Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda Rəssamlar İttifaqının üzvi Elnurə İsgəndərovanın rəhbərlik etdiyi layihə çərçivəsində 25 nəfərlik rəssam qrupundan ibarət "Yanar Dağ Mənzərələri" adlı etüd-sərgi təşkil olundu. Rəssamlar bələdçilər tərəfindən qoruğun mənzərələri ilə və qoruğun muzey kompleksində olan qədim eksponatlarla tanış oldular. Sonra etüd rəhbəri Aygün Əzizovanın təşkilatçılığı ilə "Uni Kids Club"un, "ALMART STUDİO"nun rəssam kollektivi və digər rəssamlar bir-birindən gözəl mənzərələri kətan üzərinə köçürdülər. Rəssamların ərsəyə gətirdiyi əsərlər qoruğu ziyarətə gələn turistlər tərəfindən çox böyük maraqla qarşılanmışdır.
Etüddə iştirak edən rəssamlar diplomla təltif olundular. Səmimi, yüksək səviyyədə qarşılanma üçün görüş zamanı rəssamlar qoruğun direktoru Elvin Orucova dərin təşəkkürlərini bildirdilər.
Sonda etüd iştirakçıları üçün "Yanar dağ" Dövlət Tarix-Mədəniyyət
və Təbiət Qoruğunun müasir dizayna malik kafesində özəl çay süfrəsi və nahar süfrəsi təşkil olundu.

Müxbir: Aygün Oqtay
Fotoqraf: Tevfik Ulual





















Digər xəbərlər
18:20 Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlandı
18:19 Bu şəxslər dəmir yolundan da pulsuz istifadə edəcək
18:18 Bu şəxslər Azərbaycana buraxılmır
18:18 COP29 Çağrı Mərkəzi fəaliyyətə başladı
14:50 Ermənistan Azərbaycanla şərti sərhəddə "səlibçi" bayraqlarını endirdi
14:48 “Axmaqlar tərəfindən idarə olunan axmaqlar ölkəsi” - Trampdan qalmaqallı açıqlama
13:20 Aİ Rusiya ilə müharibəyə hazırlaşır: sakinlərə qida və su ehtiyatı yığmaq tapşırıldı
13:18 2024-cü ildə Azərbaycanda bələdiyyə seçkiləri keçirilməyəcək