hemle

İsmayıllıda “Vətənpərvərlik etüdləri” adlı layihə çərçivəsində " İsmayıllı mənzərələri” adlı etüd - sərgi baş tutub.

Tarix:12-06-2022, 22:56
Baxış Sayı:265

İsmayıllı rayonunda YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyevin , Milli Məclisin deputatı Novruzəli Aslanovun , İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun təşkilatçılığı ilə layihə və etüd rəhbərləri Elnurə və Aygün İsgəndərovaların olduğu Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Vətənpərvərlik etüdləri” adlı layihə çərçivəsində " İsmayıllı mənzərələri” adlı etüd - sərgi baş tutub.
Öncə etüd iştirakçılarını İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova və həmin şöbənin baş məsləhətçisi İsmayıl Faxtiyev, İsmayıllı Rayon YAP sədri Zaur Muradov və rayon ziyalıları qarşıladılar.

Tədbir iştirakçıları əvvəlcə rayon mərkəzində ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Daha sonra İsmayıllı Rayon
Heydər Əliyev Mərkəzində davam edən tədbirdə respublikamzın ərazi bütövlüyü və suverenliyi uğrunda döyüşlərdə şəhid olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Heydər Əliyev Mərkəzinin direktoru Mayıl Fərəcov qonaqları salamlayaraq İsmayıllıdan olan rəssamların əl işlərindən, Baskal kələğayılarından bəhs etdi. Və rayonun rəsmlə məşğul olan kiçik rəssamları ilə görüş təşkil olundu.
Ulu öndər Heydər Əliyevin həyat fəaliyyətini əks etdirən fotolar haqqında məlumat verdi.

Səfər çərçivəsində İsmayıllı Rayon Mədəniyyət evi də ziyarət olundu. İsmayıllı Regional Mədəniyyət idarəsinin rəisi Elçin Nəcəfov İsmayıllıdan olan rəssamların əsərlərinin və etüd zamanı çəkilən əsərlərin birgə sərgilənməsinin təqdirəlayiq hal olduğunu bildirdi. Sərginin sonunda rəssamlar diplomlarla təltif olundular. Söhbət səmimi çay süfrəsi arxasında davam etdi.
Rəssamlar həmçinin Yapon bağıdakı qeyri-adi bitkilərlə və Babək küçəsində yaradılmış divar rəsmləri ilə tanış oldular və böyük marağa səbəb oldu.


Səfər zamanı qonaqlar Qala restoranında möhtəşəm İsmayıllı mətbəxini daddılar.

Xatırladaq ki, Azərbaycan Rəssamlar İttifaqının üzvləri layihə və etüd rəhbəri Elnurə və Aygün İsgəndərova çıxışlarında bildiriblər ki, 5 ildir ki həyata keçirilən layihə çərçivəsində İsmayıllı rayonunda “İsmayıllı mənzərələri”adlı etüd baş tutdu. Qeyd olunub ki, bu layihədə əsas məqsəd bölgələrimizi daha yaxından tanıtmaq və eyni zamanda kənd turizminin inkişafına dəstək olmaqdır.
Elnurə Oqtay
ATESH,AZ



Digər xəbərlər
09:46 Paşinyan: "Azərbaycanla sərhədin delimitasiya olunan hissələrindən Aİ missiyasını çıxarmağa hazırıq"
09:45 "WhatsApp"dan möhtəşəm funksiya: Səsli mesajlar mətnə çevrilir
09:41 ÜST-dən meymunçiçəyi ilə bağlı qərar
09:39 Avtomobilin işıq cihazına "plyonka" çəkənlərin DİQQƏTİNƏ: Cərimə gözləyir?
09:38 Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
09:36 Ukraynanın əkin torpaqları hansı ölkələrə satılıb? – İnanılmaz faktlar
09:35 Putin bu raketlərlə bağlı müşavirə keçirdi - "Dünyada onların qarşısını alacaq silah yoxdur"
09:33 İrəvan Bakıya qarşı bu iddialardan imtina etməyə hazırdır - Paşinyan