hemle

Qabil Ədalət - Adam insanlıqdan çıxarmış, Allah... Atəş.az

Tarix:4-01-2017, 20:39
Baxış Sayı:1 269

Adam insanlıqdan çıxarmış, Allah
(pul, vəzifə görüb insanlığını itirən adamlara)

Vəzifə başına keçsədə dünən,
Artıq əlaqə yox, bu gün heç kimnən.
Bu gün göynən gedir, dünən sürünən,
Adam insanlıqdan çıxarmış, Allah...

Qudurub özünü padişah sayır,
Manatın yüzdüyün paçkaynan sayır.
Tələb edir məni: hər kəsdən ayır,
Adam insanlıqdan çıxarmış, Allah...

Allah da düşməyir, indi yadına,
Yazıq gedir, var-dövlətin badına.
Yalandan and içir haqqın adına,
Adam insanlıqdan çıxarmış, Allah...

Bir kəsə acımaz, bir kəsə yanmaz,
Millətin halını anlamaz, qanmaz.
Rüşvətə vaxt qoyur, hətta utanmaz,
Adam insanlıqdan çıxarmış, Allah...

Demək, ot saralıb saman olurmuş,
İnsanı dəyişən zaman olurmuş.
Acın qudurmağı yaman olurmuş,
Adam insanlıqdan çıxarmış, Allah...

Digər xəbərlər
22:04 Bu əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
22:01 Yaxın beş ildə dünya tarixin ən isti ilini yaşayacaq
21:52 Pentaqon Çinin hücumundan qorxur: Bunu aşkar etmək çox çətin olacaq
21:46 Kartınızdakı pullar bu üsulla da oğurlana bilər - XƏBƏRDARLIQ
19:56 Rotterdamda “Qərbi Azərbaycana Qayıdışa Dəstək” adlı beynəlxalq tədbir keçirildi
15:13 Paşinyanın kilsə ilə müharibəsinin şifrələri: Azərbaycan amili niyə önəmlidir?
14:54 "WhatsApp"da yeni dövr: Sizi telefon nömrənizlə əlavə etməyən insanlar...
14:49 ABŞ-da sensasion tələb: Bu senator həbs edilsin, yoxsa III Dünya müharibəsi olacaq