hemle

Saakaşvilinin təqdimatı geri götürülüb?

Tarix:28-04-2020, 19:00
Baxış Sayı:391

Ukrayna hökuməti Mixail Saakaşvilinin Baş Nazirin müavini təyin edilməsi ilə bağlı Ali Radaya göndərdiyi təqdimatı geri götürüb.

Modern.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə “censor.net.ua” saytının baş redaktoru Yuri Butusov feysbukda yazıb.
Qeyd olunub ki, həmin məlumatı Saakaşviliyə yaxın mənbələr də təsdiqləyib.

Y.Butusovun sözlərinə görə, buna Ali Radada sözügedən təyinatı dəstəkləyən deputatların sayının az olması və Ukrayna Prezidenti Vladimir Zelenskinin açıq şəkildə Saakaşvilini dəstəkləməməsi səbəb olub. Baş redaktor qeyd edib ki, Ukrayna hakimiyyəti Gürcüstanın sabiq prezidentinin namizədliyini Odessanın meri postuna irəli sürmək niyyətindədir.



Xatırladaq ki, Saakaşvili daha əvvəl Prezident Zelenskinin ona Baş Nazirin islahatlar üzrə müavini vəzifəsini təklif etdiyini bildirib. Gürcüstan hökuməti isə bu təyinatın baş tutacağı təqdirdə Ukraynadakı səfirini geri çağıracağını bəyan edib.


MODERN.AZ

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir