hemle

“Bahar gəlir, yaz gəlir” adlı Novruz festivalı keçirilib.

Tarix:22-03-2023, 23:02
Baxış Sayı:289

Layihə rəhbərləri Elnurə və Aygün İsgəndərovaların Bakı Gənclər Mərkəzi ilə birgə Novruz bayramına həsr olunmuş “Bahar gəlir, yaz gəlir” adlı sərgi-festival keçirilib. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Elnurə İsgəndərova Novruz bayramı münasibətilə iştirakçıları və qonaqları təbrik edib, sərgi-festival barədə ətraflı məlumat verib. Festivalda 200 nəfər rəssamın əsərlərinin nümayiş etdirildiyini diqqətə çatdırıb. Bakı Gənclər Mərkəzinin direktor müavini Günay Talıbova sərgilənən əsərlərin hər birinin xüsusi hazırlandığını qeyd edərək iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Rəsmi açılışdan sonra qonaqlar nümayiş etdirilən əsərlərlə tanış olublar. Respublikamızın müxtəlif bölgələrindən gəlmiş gənc rəssamların bacarıqlarının təkmilləşdirilməsi məqsədilə masterklasslar keçirilib. Festivalda qonaqlar və iştirakçılar üçün milli adət ənənələrə əsaslanan əyləncəli proqramlar, viktorinalar təşkil edilib. Tədbirin sonunda rəssamlar diplom və fəxri fərmanlarla təltif olunublar.

Müxbir: Aygün Oqtay



















Digər xəbərlər
12:29 Bu gecə Rusiya səması: 105 pilotsuz təyyarə vurulub
12:24 Bu şəxslər hər ay 200 manat ala bilər
10:54 Ukrayna bu sənədi Aİ-yə göndərir: İçində Rusiyaya qarşı görün nələr var
10:51 “Döyüş nöqtəsinə” çatıblar: 2030-cu ilə qədər yarım milyard yeniyetmə bu xəstəliyə tutulacaq
13:21 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
13:16 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
08:33 Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?
08:30 Ən ağıllı insanlar bu qan qrupundan olurlar