hemle

Laçın-Xankəndi yolundakı aksiyanın 79-cu GÜNÜ

Tarix:28-02-2023, 08:57
Baxış Sayı:211

Azərbaycanlı könüllü gənclərin və ekofəalların Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası artıq 79 gündür davam edir.

Ekofəallar hər gün olduğu kimi, bu səhər də Dövlət Himnini səsləndiriblər. Aksiya iştirakçıları yüksək əhvali-ruhiyyədədirlər. Onların məramı əvvəlki kimi dəyişməz olaraq qalır. Etirazçılar Azərbaycan tərəfinin haqlı tələblərinin yerinə yetirilməsini istəyirlər. Fəallar Qarabağ ərazisində Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə qarşı olduqlarını bildirir, haqlı tələblərinin yerinə yetirilməsini istəyirlər. Aksiya iştirakçıları qaldırdıqları plakatlarda üzərində rus və ingilis dilində yazılmış “Sərvətlərimizin talanı dayansın!”, “Təbiəti qoruyaq, istismarı qınayaq!”, “Təbiətin milləti yoxdur!”, “Azərbaycan milləti qoruyacaq sərvəti!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Sərvətimiz bölünməz, heç bir kəsə verilməz!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekocinayətə son!” kimi şüarlar səsləndirirlər.
Laçın-Xankəndi yolu humanitar məqsədlər üçün açıqdır, sərbəst hərəkətə heç bir maneə yoxdur. Dünən hadisə yerində olan xarici jurnalistlər bunun bir daha şahidi olublar.

Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.

Digər xəbərlər
18:18 Milli yaddaşın izləri
15:54 Çin “ChatGPT”ni üstələyən yeni proqram yaratdı
15:49 Azərbaycanda həmin gün iş olmayacaq
15:46 Göz altında qara dairələr - Ciddi xəstəliklərin 5 gizli əlaməti
15:39 320 manatdan az pensiya alanlara mühüm xəbər
15:36 Bu plastik cərrahların şəhadətnamələri ləğv ediləcək - NAZİRLİKDƏN XƏBƏRDARLIQ
15:30 Türkiyədə oteldə baş verən yanğının səbəbi bəlli oldu
15:24 Paşinyan ermənilərə çıxış yolu göstərdi: “Satqın” elan edildi