hemle

Laçın yolundakı aksiyanın 69-cu GÜNÜ

Tarix:18-02-2023, 09:39
Baxış Sayı:133

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda keçirdikləri dinc etiraz aksiyası 69 gündür davam edir.

Aksiya iştirakçıları səhəri Dövlət Himinin səsləndirilməsi ilə açıb, vətənpərvər ruhda mahnılar oxuyublar.

Etirazçılar Azərbaycanın faydalı qazıntı yataqlarının erməni separatçıları tərəfindən qanunsuz istismarının dərhal dayandırılmasını tələb edirlər.

Aksiya fəalları “Sərvətlərimizin talanı dayansın!”, “Təbiəti qoruyaq, istismarı qınayaq!”, “Təbiətin milləti yoxdur!”, “Azərbaycan milləti qoruyacaq sərvəti!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Sərvətimiz bölünməz, heç bir kəsə verilməz!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekocinayətə son!” kimi şüarlar səsləndirirlər. Onlar Azərbaycan tərəfinin haqlı tələblərinin yerinə yetirilməsini istəyirlər.

Aksiyanın keçirildiyi ərazi humanitar məqsədlər üçün açıqdır, sərbəst hərəkətə heç bir maneə yoxdur. Dünən Laçın-Xankəndi yolunda hər iki istiqamətə Rusiya sülhməramlılarına məxsus 74 avtomobil maneəsiz hərəkət edib.

Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.

Digər xəbərlər
09:40 "Telegram"da istifadəçilər və kanallar üçün yeni möhtəşəm FUNKSİYALAR
09:35 "WhatsApp" süni intellekt dövrünə hazırlaşır: Böyük yenilənmə gəlir
09:26 Səsverməni 80 min müşahidəçi izləyir
09:22 Rusiya üçün kabus kimi gecə: Yüzlərlə PUA ilə hücum - Ukrayna nüvə obyektini vurmaq istədi
09:16 "Avroviziya 2025" mahnımız bu tarixdə TƏQDİM OLUNACAQ
09:11 Bu gün Azərbaycanda bələdiyyə seçkilərdir
09:06 Bu günə olan hava PROQNOZU
09:02 Bələdiyyə seçkilərində səsvermə başladı