hemle

Laçın yolunda son durum - Aksiyanın 53-cü günü

Tarix:2-02-2023, 09:29
Baxış Sayı:162

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası 53 gündür davam edir.

Havanın şaxtalı olmasına baxmayaraq, hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur.

İştirakçılar səhər saatlarında Azərbaycanın Dövlət Himnini səsləndiriblər.

Aksiya iştirakçıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması ilə bağlı Azərbaycan, rus və ingilis dillərində mütəmadi olaraq plakatlar qaldırır, "Azərbaycan oyaqdır, sərvətlərə dayaqdır!”, “Ekoloji cinayətə son!” və sair şüarlar səsləndirirlər.

Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.

Digər xəbərlər
18:18 Milli yaddaşın izləri
15:54 Çin “ChatGPT”ni üstələyən yeni proqram yaratdı
15:49 Azərbaycanda həmin gün iş olmayacaq
15:46 Göz altında qara dairələr - Ciddi xəstəliklərin 5 gizli əlaməti
15:39 320 manatdan az pensiya alanlara mühüm xəbər
15:36 Bu plastik cərrahların şəhadətnamələri ləğv ediləcək - NAZİRLİKDƏN XƏBƏRDARLIQ
15:30 Türkiyədə oteldə baş verən yanğının səbəbi bəlli oldu
15:24 Paşinyan ermənilərə çıxış yolu göstərdi: “Satqın” elan edildi