hemle

Milli yaddaşın izləri

Tarix:27-01-2025, 18:18
Baxış Sayı:603

Kaspi Liseyində 20 Yanvar Ümumxalq Hüzn Gününə və “Konstitusiya və Suverenlik ili”nə həsr olunan tədbir keçirilib

Kaspi Ağ Şəhər liseyində “Milli yaddaşın izləri” adlı tədbir keçirilib. 20 Yanvar Ümumxalq Hüzn Gününə və “Konstitusiya və Suverenlik ili”nə həsr olunan tədbir Vətən torpaqlarının azadlığı uğrunda canından keçən oğullarımızın xatirəsini anmaqla başladı. Azərbaycanın Dövlət Himni səsləndi.



Qeyd edildi ki, dövlət başçısı İlham Əliyevin Sərəncamına əsasən 2025-ci il ölkəmizdə “Konstitusiya və suverenlik ili” elan edilib: “Bu münasibətlə Kaspi Liseyi hər zaman olduğu kimi ənənəsinə sadiq qalaraq “Milli yaddaş dərsləri” silsilə tədbirlərini davam etdirir.



Kaspi Təhsil Şirkətinin İdarə Heyətinin sədri Sona Vəliyeva çıxış edərək bildirdi ki, 20 Yanvar faciəsi xalqımızın yaddaşında hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi qalıb: “1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərin qanı ilə Azərbaycanın yeni tarixi yazılıb. Həmin hadisə xalqımızın qəhrəmanlıq dastanına ən parlaq səhifələrdən biri kimi daxil olub. Dövlət müstəqilliyimizin bərpası, azadlığımız üçün ilk növbədə 20 Yanvar şəhidlərinə borcluyuq. Yanvar faciəsinin ertəsi günü o vaxt Moskvada yaşayan Ümummilli Lider Heydər Əliyev Azərbaycanın Rusiyadakı daimi nümayəndəliyinə gəlib, burada xalqımızın kədərini bölüşüb və kommunist rejiminin respublikamızda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pisləyən bəyanatla çıxış edib. Böyük liderin bu addımı xalqımıza güc verib, ona dayaq və dəstək olub”.



S.Vəliyeva bildirdi ki, 2000-ci ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə “20 Yanvar Şəhidi” fəxri adı təsis olunub. Yanvarın 20-si isə Azərbaycanda Ümummilli Hüzn Günü elan edilib: “Hər ilin bu günündə ölkəmizin bütün guşələrində xatirə tədbirləri keçirilir. Paytaxtda isə yüz minlərlə insan Qanlı Yanvar qurbanlarının xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanına axışır. Xalqımız müstəqilliyimizə aparan bu tarixi günü heç vaxt unutmayacaq”.



Tədbirdə 20 yanvar hadisələrinin iştirakçıları - Qarabağ qazisi, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbas, Qanlı Yanvar faciəsini lentə alan fotomüxbir, Azərbaycan Fotoqraflar Birliyinin üzvü Ağəli Məmmədov və b. çıxış edərək o müdhiş günlə bağlı xatirələrini danışdılar, məktəblilərin suallarını cavablandırdılar.



Tədbirdə liseyin şagirdləri 20 Yanvar hadisələrinin izlərini bədii dillə izah edən kompozisiya nümayiş etdirdilər.

kaspi.edu.az

Digər xəbərlər
21:44 Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri işləyəcək?
21:42 Gözəllik salonlarında bu xidmətlər qadağan olundu - Rəsmi XƏBƏRDARLIQ
21:40 Pensiya alanlara ŞAD XƏBƏR: gələn ay artımla veriləcək
21:37 “Qiyamət günü saatı”na MÜDAXİLƏ EDİLDİ - Gərginlik və nüvə eskalasiyası...
21:34 Bakıda çəkiləcək tramvay xətləri ilə bağlı YENİ AÇIQLAMA
21:32 Bakıda tikiləcək 10 yeni metro stansiya ilə bağlı detallar AÇIQLANDI
21:29 Bakıda tıxacın qarşısını almaq üçün çəkiləcək yeni yolların SİYAHISI
21:27 Bu rayonun bir hissəsi QAZSIZ QALACAQ