hemle

Paşinyan ermənilərə çıxış yolu göstərdi: “Satqın” elan edildi

Tarix:27-01-2025, 15:24
Baxış Sayı:445

Ermənistanın baş naziri Nikol Paşinyan son açıqlamaları ilə əslində “erməni soyqırımı” faktını və onun miqyasını şübhə altına qoyub. Bu bəyanatlar şoka salır və onu lider kimi mənəvi nüfuzundan məhrum edir.

Bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan sosial şəbəkələrdə yazıb.

Bundan əvvəl Sürixdə erməni icması ilə görüşdə Paşinyan bir daha “erməni soyqırımı” zamanı nə baş verdiyini, nə üçün baş verdiyini və bütün bunların necə qəbul edildiyini anlamağa çağırıb: niyə 1939-cu ildə bu məsələ gündəmdə deyildi, amma 1950-ci ildə meydana çıxdı?

Oskanyanın fikrincə, Paşinyanın “nə baş verdiyini və niyə baş verdiyini anlamalısan” ifadəsi Türkiyənin təbliğatı ilə eyni səslənir.

Sabiq nazir qeyd edib ki, Türkiyə uzun illərdir ki, “erməni soyqırımı”nı Birinci Dünya Müharibəsi zamanı “ermənilərin və türklərin iztirabları” adlandıran tezis irəli sürüb.

“Paşinyanın bəyanatları Türkiyə ssenarisinin məşum davamıdır, onlar keçmiş hadisələri şübhə altına alır, Ermənistan daxilində və xaricində ermənilər arasında parçalanma yaradır”, - deyə keçmiş XİN rəhbəri bildirib.

Oskanyan qeyd edib ki, erməniləri “soyqırımın” niyə baş verdiyini araşdırmağa və anlamağa dəvət etməklə Paşinyan məsuliyyəti qurbanların üzərinə qoyur.

Bu, çox məkrli bir taktikadır, satqınlıqdır”, - Oskanyan yazıb.

Digər xəbərlər
13:56 Zəlzələdən sonra İstanbulda malikanələr satışa çıxarıldı
13:53 İranda şok: Bayrağımızın əksi olan mallar qadağan edildi
13:50 Haaqa məhkəməsi Vardanyanla bağlı iddiaları rədd etdi...
13:39 İlham Əliyev Çinin CGTN telekanalına müsahibə verdi
13:29 Yeni müharibə başlayır? - AÇIQLAMA
13:25 Sabah 29 dərəcə isti olacaq
13:16 Azərbaycanda kartofla soğan buna görə bahalaşır: Səbəblər bəlli oldu
13:13 Süni intellektin yaratdığı problemlər: Manipulyasiya, fırıldaqçılıq...