hemle

Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB Masallı rayonuna kitab və tibbi gigiyenik ləvazimatlar göndərib

Tarix:27-04-2020, 19:20
Baxış Sayı:617

Arzu Bağırovanın rəhbərlik etdiyi Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi tərəfindən (RHiM İB) “Evdə qal, kitab oxu” aksiyası çərçivəsində Masallı rayonunda yaşayan daha 50-dən çox gəncə kitablar, o cümlədən koronavirus pandemiyasından qorunmaq məqsədilə tibbi gigiyenik ləvazimatlar hədiyyə olaraq göndərilib.

Aksiya çərçivəsində göndərilən kitablar gənclərin evdə qaldıqları bu həssas dönəmdə dünyagörüşlərini daha da zənginləşdirmək, zamanlarını daha da səmərəli keçirmək məqsədi daşıyır. Kitablar Azərbaycan tarixini, qəhrəmanlığını özündə əks etdirən romanları, tanınmış yazarların əsərlərini əhatə edir.

Qeyd edək ki, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyi tərəfindən bundan əvvəl də Masallıda yaşayan gənclərə tibbi gigiyenik vasitələr və mütaliə üçün müxtəlif məzmunlu kitablar göndərilmişdi.

Digər xəbərlər
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı
12:46 Sabunçu bazarında yanğın baş verdi - Video
12:28 Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
12:22 Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq
12:16 25 ilə insanlar 1000 il yaşaya biləcək
12:11 Ekspert qlobal istiləşmənin əsas səbəbini AÇIQLADI
12:04 Yeni bir 11 sentyabr hücumu planlaşdırılır? - Gizli hesabat