hemle

Arzu Bağırova 20 tənha şəxsin ərzaq və dərmanla təminatını öz üzərinə götürdü..

Tarix:10-04-2020, 11:00
Baxış Sayı:493

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının "Evdə qal, cəmiyyəti qoru" adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına qoşularaq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq çərçivəsində “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin rəhbərliyi, başda təşkilat sədri Arzu Bağırova olmaqla, dünyada yayılmış və ölkəmizi də əhatə edən koronavirus pandemiyası ilə əlaqədar 20 tənha, yaşlı, aztəminatlı şəxsin zəruri ərzaq və dərmanla təminatını öz üzərinə götürüb.
Bildiyimiz kimi, bu gün dünya koronavorus pandemiyası kimi təhlükəli və çətin sınaq qarşısındadır. Bu gün dövlətimiz cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla, bu pandemiyaya qarşı mübarizə aparması, ondan insanlarımızın minimal zərərlə xilas edilməsi istiqamətində zəruri tədbirlər görür. Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük”—deyə xalqa çağırış etməsi və Mehriban xanım Əliyevanın xalqa müraciət etməsi, və bu müraciətlərdə qeyd edildiyi kimi yaşlı insanlar əhalinin həssas risk qrupuna daxildir. Odur ki, onlar yaxşı olardı ki, evdə qalsınlar. Evdə qaldıqları müddətdə onlar üçün ərzaq və dərmanlarının alınmasında problem yaranır. Onlar arasında elə ailələr var ki, onların maddi vəziyyətləri çox çətindir. Maddi vəziyyətləri çətin olan yaşlı tənha şəxslərin koronavirus pandemiyası dövründə ərzaq və dərman təminatını təşkilat öz üzərinə götürür.
Bu ailələrin siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xahiş edilib. Yardım etmək arzusunda olan digər imkanlı şəxslər belə ailələrlə bağlı zəruri məlumatları (ünvanları, telefon nömrələri və s.) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə yanaşı, yaşadıqları rayonun icra , bələdiyyə qurumlarından əldə edə bilərlər.

Digər xəbərlər
21:49 Ev "apteçka"sındakı 5 ən təhlükəli dərman AÇIQLANDI
21:44 Sərhəddə nə baş verir? - Tovuz rayonu istiqamətində..
21:42 "Kartdan karta" köçürmə edənlərin DİQQƏTİNƏ
21:39 “Hər iki dəqiqədə bir hamilə qadın ölür”: ÜST-dən dəhşətli statistika
21:34 David Babayandan daha bir etiraf: Sadə pasportlarımız kimi, diplomatik pasportlar da...
21:32 Xəzərə tullantı su axıdan qurum cəzalandırıldı
21:29 İran nüvə silahı yaratmaq niyyətindən danışıb: Heç vaxt...
21:26 BMT-dən Qarabağdakı mina partlayışlarına reaksiya