hemle

Masallıda xətkeş və fırça ilə rənglənən yolla bağlı - Açıqlama

Tarix:20-02-2023, 11:18
Baxış Sayı:146

Masallı rayonunun Boradigah qəsəbəsinin Mollaoba kəndində məktəbin qarşısındakı piyada zolağının xətkeş və fırça ilə rənglənməsini əks etdirən foto yayılıb.

Masallı Rayon İcra Hakimiyyətinin feysbuk hesabında paylaşılan fotoda zolağın xüsusi texnika ilə deyil, əllə rəngləndiyi görünür.
Piyada zolağının rənglənmə üsulu sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Yolun təmirinə lazımi vəsait ayrılmaması, əl əməyindən istifadə olunması tənqid olunub. Tənqid və müzakirələrə səbəb olan foto sonradan icra hakimiyyətinin səhifəsindən silinib.

Məsələ ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan saytımıza bildirildi ki, rəngləmə işi icra hakimiyyəti tərəfindən deyil, kənd sakinləri tərəfindən həyata keçirilib: “Piyada zolağının rənglənməsi ilə bağlı DİN-in Siqnal İdarəsinə müraciət olunmuşdu, onlar gəlib həmin ərazidə rəngləmə işləri aparacaqdılar. Lakin vətəndaşlar tələsiblər və özləri bu işləri həyata keçiriblər. Biz də görülən işlə bağlı paylaşım etmişdik. Adətən, həmişə rayon ərazisində yollar texnika ilə rənglənir”.

Masallıda xətkeş və fırça ilə rənglənən yolla bağlı - Açıqlama

Digər xəbərlər
12:29 Bu gecə Rusiya səması: 105 pilotsuz təyyarə vurulub
12:24 Bu şəxslər hər ay 200 manat ala bilər
10:54 Ukrayna bu sənədi Aİ-yə göndərir: İçində Rusiyaya qarşı görün nələr var
10:51 “Döyüş nöqtəsinə” çatıblar: 2030-cu ilə qədər yarım milyard yeniyetmə bu xəstəliyə tutulacaq
13:21 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
13:16 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
08:33 Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?
08:30 Ən ağıllı insanlar bu qan qrupundan olurlar