hemle

Sumqayıtda yoldakı “lyuk”a şam ağacı basdırılıb - Foto

Tarix:8-02-2021, 12:45
Baxış Sayı:322

Sumqayıt şəhəri, 9 və 10-cu mikrorayonların kəsişməsində avtomobil yolunda “lyuk”a basdırılan şam ağacının görüntüləri yayılıb. hemlemedia.az xəbər verir ki, fotodan da görünür ki, avtomobillərin sıx hərəkət etdiyi dairəyə sancılan ağac gediş-gəliş üçün təhlükə yaradır. Ağacın hansı məqsədlə əraziyə qoyulduğu məlum deyil.

Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan ağacın ərazidə hansı şəraitdə basdırıldığını bilmədiklərini açıqladılar. Qeyd edildi ki, ərazidən keçən kanalizasiya xəttində ötən gün qəza baş verib. Təmir işlərindən sonra problem aradan qaldırılıb:

“Dünən qeyd olunan ərazidə kanalizasiya xəttində baş vermiş qəzanın aradan qaldırılması üçün təmir-bərpa işləri aparılıb. Təmirdən sonra kanalizasiya quyusunun qapağının yolla eyni səviyyədə olması üçün betonlama işləri həyata keçirilib. Fotonun nə zaman və hansı şəraitdə çəkilməsi ilə bağlı məlumatımız yoxdur, lakin hazırda sözügedən yolda belə bir hal müşahidə olunmur”.

Digər xəbərlər
13:20 Şəhid Mübariz Hüseynov dəfn olundu
11:25 “Azəriqaz” İstehsalat Birliyinin təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə tələbələrlə görüş keçirildi - VIDEO
10:08 50 yaşına qədər insult riskini iki dəfə artıran faktorlar
10:03 Birinci Kosmik Müharibəyə hazırlıq başladı - Yer orbitində peyklər VURULA BİLƏR
09:57 Rusiya və ABŞ fəlakət ssenarisinə hazırlaşır: Görün Marsda nə yaradacaqlar
09:52 Paşinyanın parlamentdə qəribə çıxışının səbəbi: son anda hansı xəbəri alıb?
09:39 Əsəd 500 min dolları və qiymətli əşyaları ölkədən belə çıxarıb
09:27 Azərbaycanlı haker xarici şirkətlərdən hansı məlumatları əldə edib və nə qədər pul qazanıb? - ŞOK FAKTLAR