hemle

RAYONLARA GEDİŞ-GƏLİŞ BƏRPA EDİLİR? – AÇIQLAMA

Tarix:24-08-2020, 19:48
Baxış Sayı:542

Nazirlər Kabineti Yanında Operativ Qərargahın ötən brifiqində Prezidentin köməkçisi Şahmar Mövsümov avqustun 24-dən rayonlara gediş-gəlişin bərpasının müzakirə olunduğunu bildirib.

Bəs, mövcud şəraitdə rayonlara gediş-gəlişin bərpası necə qiymətləndirilir?

hemlemedia.az saytı xəbər verir ki, məsələ ilə bağlı millət vəkili Razi Nurullayev rayonlara gediş-gəlişin bərpa olunmalı olduğunu deyib.

“Hər zaman karantin rejimin yumşaldılmasından yanayam. Artıq demək olar ki, virusla necə davranacağımızı, onunla birgə yaşamağı, virusu kontrolda saxlamağı öyrənmişik. Son zamanlarda qərarlarda yumuşalmalara şahid oluruq. Amma düşünürəm ki, bu, kifayət deyil. Artıq yollar açılmalı, rayonlara gediş-gəliş bərpa olunmalıdır”.

Deputat qeyd edib ki, insanların psixoloji durumu çox ağırdır, hər kəs gərginlik içindədir:

“Qərar veriləndə, bu da nəzərə almalıdır. Fikrimcə, hazırkı durumda rayonlara rahat gedib-gəlmək təhlükə kəsb etmir. Məsələn, Böyük Britaniyada virusla bağlı durum bizdən çox ağırdır, amma orada artıq məktəblər açılıb. Düşünürəm ki, yəqin yaxın günlərdə bizdə də rayonlarla bağlı qadağa aradan qalxacaq”.

“Digər tərəfdən dövlətin qərarlarını da anlayışla qarşılamaq lazımdır. Onlar üçün də önəmli olan insanların sağlamlığıdır”-deyə, millət vəkili fikirlərinə əlavə edib. / “Redaktor”
hemlemedia.az

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı