hemle

Türk Dünyası Yörük Türkmen Birliyi Azərbaycan Respublikasının Tehran səfirliyinə edilən hücumu pisləyib.

Tarix:28-01-2023, 23:53
Baxış Sayı:266

Türkiyənin və dünyanın ən önəmli qeyri – hökümət təşkilatlarından olan Türk Dünyası Yörük Türkmen Birliyi Azərbaycan Respublikasının Tehran səfirliyinə edilən hücumu pisləyib. _____ xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidmətindən xəbər verilib. Bəyanatda deyili: “ Son vaxtlar İranın əsassız bəyanatları, qardaş ölkə Azərbaycana qarşı düşmən mövqedən çıxış etmələri, türk milləti ilə düşmənçilik münasibətləri inkişaf edərkən, Ermənistanla qurulan dostluiq və qardaşlıq əlaqələrin inkişaf etdirilməsi səbrimizi tükəndirən təhdidlərin son nöqtəsi Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə edilən hücum və gələn şəhid xəbərləri hər kəsi çox sarsıtdı və narahat etdi. İranın bu hərəkəti Türk Dünyası və Yörük Türkmən Birliyini həyəcan vəziyyətinə gətirib.
Son yüz il istisna olmaqla, min illər boyuunca türk hakimiyyəti altında olan, coğrafiyası daha çox türk, əhalisi isə türk olan İranın bütün bu faktları görməməzliyə vuraraq, sırf fars irqçiliyinə söykənərək regionda qeyri – insani davranması ağılsızlıqdan başqa bir şey deyil.
Azərbaycan Respublikasının Tehran səfirliyinə qarşı törədilən terror aktını qətiyyətlə pisləyirik və hadisənin səbəbkarlarının araşdırılmasını, dərhal aşkarlanmasını və cəzalandırılmasını tələb edirik.
Qardaş Azərbaycan dövlətinə və millətimizə, xüsusilə Şəhid Orxan Əsqrovun ailəsinə başsağlığı veririk. Biz İran administrasiyasını rasional, humanist və İslami dəyərlərə uyğun davranmağa dəvət edirik. Bu xəbərdarlıqlara məhəl qoymayan İran yaşayacağı bəlaların səbəbkarı olacaq.
Hörmətlə: Türk Dünyası Yörük Türkmen Birliyi''

Digər xəbərlər
12:29 Bu gecə Rusiya səması: 105 pilotsuz təyyarə vurulub
12:24 Bu şəxslər hər ay 200 manat ala bilər
10:54 Ukrayna bu sənədi Aİ-yə göndərir: İçində Rusiyaya qarşı görün nələr var
10:51 “Döyüş nöqtəsinə” çatıblar: 2030-cu ilə qədər yarım milyard yeniyetmə bu xəstəliyə tutulacaq
13:21 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
13:16 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
08:33 Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?
08:30 Ən ağıllı insanlar bu qan qrupundan olurlar