hemle

Dövlət baba beləmi olur? Bəs Sizcə, gerçək ATA necə olmalıdır ?..

Tarix:25-04-2020, 13:30
Baxış Sayı:643

Dostlar, Uca ALLAH Adəmi yaratdı və ona ilk öncə ailə verdi, sevməyi, qayğı göstərməyi, ev tikməyi, torpaq becərməyi, bir sözlə ADAM olmağı öyrətdi! Ailə institutu bəşər aləminin mövcudluğunun, birgəyaşayışın, bölüşə bilmənin təməli oldu.
Biz fərqli bir düzənə də ailə kimi baxa bilərik: Məsələn, Dövləti ataya, Vətəni (ölkəni) anaya, insanları (vətəndaşları) isə övladlara bənzətməklə! Bəli, ana vətən, dövlət baba kimi deyimlər ta qədimlərdən-əcdadlarımızdan bu günki insanlarımıza qədər gəlib çıxıb. Əsl ata, həqiqi ailə başçısı nə edir? Ailəsini-xanımını, övladlarını koruyub-kollayır, qayğılarına qalır, sevib-əzizləyir, onları saxlamaq, yaşatmaq üçün əziyyətlə, çalışmaqla ruzi qazanır! Bir sözlə, ata ailənin qeyrətini çəkir, şərəfini, izzətini qoruyur və yaşadır! Əgər vətən torpağı, yəni ana işğal olunur, illərlə yağı tapdağında qalırsa, əgər övladlar, yəni vətəndaşlar vətənda yaşayıb-yarada, işləyə bilməyib yad məmləkətlərə, qərib diyarlara üz tutursa,evinin içində haqqı-hüququ pozulursa, ədalətlilik deyil, ayrıseçkilik, sevgi deyil qəzəb, nifrət, zor görürsə, sərvəti, pulu-varı ailənin rifahına deyil, yadları, başqaları məmnun etmək üçün xərclənirsə, oğurlanırsa nə ad verək bu ATAya, necə güvənək bu dövlətə?! Məgər, dövlət baba beləmi olur? Bəs Sizcə, gerçək ATA necə olmalıdır ?..

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir