hemle

ZARAFATLA YOLA VERDİYİMİZ “SSRİ” SÖHBƏTİ - Nəriman Qasımoğlu yazır

Tarix:23-04-2020, 13:51
Baxış Sayı:618

İndi yersiz müzakirə mövzusuna çevrilən "SSRİ” söhbəti görkəmli Azərbaycan alimi, akademik Fərəməz Maqsudovla bağlı bir xatirəmi oyatdı.

Mərhum akademik Fərəməz Maqsudovla aramızda olduqca səmımı münasibət var idi. Yaş fərqimiz xeyli olsa da, hər ikimiz bu münasibəti həvəslə sürdürürdük. Mehribanlığını heç vaxt məndən əsirgəmədiyini indi məhrəmanə bir ovqatda xatırlayıram. Telefonla tez-tez zəng edir, hal-əhvallaşır, poeziya (türk poeziyasının vurğunu idi, türk şeirlərini əzbərdən bilirdi), Quran ayələri barədə qənaətlərini bölüşürdü. Ünvanıma ürək sözlərini də səxavətlə ifadə edirdi. Hətta o dərəcədə ki, bir nişan məclisində bəylə gəlinin şərəfinə sağlıq deyərkən nitqinin əsas hissəsini heç gözləmədiyim halda mənə ünvanlı təriflərə həsr etmişdi...

Ara-sıra görüşdüyümüzdə zarafatından da qalmırdı. Bir dəfə Akademiyada təsadüfən qarşılaşdıq. Yanında bir neçə nəfər işçisi də vardı. Gülə-gülə qayıtdı:

- Bax bu adamların yanında səndən soruşuram, Sovet hökumətini niyə yıxdınız?

Zarafata zarafat qatıb dedim:

Belə lazım imiş, görünür, yıxılmalı imiş, biz də itələyib yıxdıq yerə. Ardı da bəlli, bilirsiniz, Məşdibadın sözü olmasın...

- Axı niyə, nə pisliyi dəymişdi?

- Daha bundan artıq neyləməli idi, minmişdi boynumuza, qoymurdu müstəqil olaq.

- Axı sovet hökuməti sənin atana təhsil verdi, onu məşhurlaşdırdı. Qədrini niyə bilmədiniz?

- Bilirsiniz, sovet hökuməti olmasaydı, Qasım müəllim BDU-nu yox, Şahsuvar bəyin varisi kimi Parisdə Sorbon universitetini bitirərdi hökmən və Azərbaycanda yox, dünyada məşhur olardı.

Son sözlərimdən məmnun qaldı:

- Tam doğru! Şəksiz, mən də Sorbon kimi bir yerdə oxuyardım. Maqsud xanın varisi kimi.

Gülüşdük... Və zarafatla başlayan "SSRİ" söhbətini beləcə zarafatla da bitirdik.

Digər xəbərlər
11:07 Parkinson xəstəliyi ilə bağlı vacib məqam
11:03 Abşeron, Qobu və Masazırda silah-sursat aşkarlandı
10:42 Trampın nümayəndəsindən qurxunc təklif - Ukrayna 3 yerə bölünsün
10:39 Tələb çox, say az: Bakıda evlərin bahalaşması qaçılmazdır
10:33 Yeni DƏLƏDUZLUQ: Xəbəriniz olmadan adınıza necə kredit götürürlər?
10:30 "Crocus"dakı terror aktının dəhşətli TƏFƏRRÜATI: Təkcə odlu silahdan istifadə edilməyib
10:23 Mövqelərimiz Basarkeçər və Gorus istiqamətlərindən atəşə tutuldu
10:20 Bakı əhalisi üçün həyəcan anonsu