hemle

Xalq şairi Nəriman Həsənzadənin "Turana açılan könüllər" haqqında rəyi - Atəş.az

Tarix:2-02-2017, 20:28
Baxış Sayı:1 243

Sovet dönəmində Azərbaycan nəşriyyatlarının gözəl bir almanax və antologiya ənənəsi vardı. Bu xeyli vaxt idi ki, unudulmuşdu. Çox sağ olun ki, bu işi yüksək bir şəkildə həyata keçirirsiniz. Almanaxın əhatə dairəsi geniş olur. Ona görə ki, burda xeyli şairlərin şeirləri toplanır. Oxucudan əlavə görün bu kitabın nə qədər yayım dairəsi var. Ayrı-ayrı müəlliflər, onların oxucuları...
Bu kitab Türk Dünyasının ən ucqar nöqtəsinə qədər gedib çıxacaqdır. Vaxtı ilə mənim də almanaxlarda şeirlərim çap olunub. Öz kitabımdan çox, inanın mən o almanaxda gedən şeirimə sevinmişəm. İndi baxın bu kitabda nə qədər şairin sevinci var. O sevinc bütün "Turan ellərinə" bəs edər. Orta və ali məktəblərdə keçirilən vətənpərvərlik dərslərində və ya hazırlanan tədbirlərdə bu kitabdan geniş şəkildə istifadə etmək olar. Sağ olsun bu kitabı tərtib edənlər, Aybəniz Qafarlı, Qabil Ədalət sizə təşəkkür edirəm ki, siz indi ki, zamanda belə böyük bir işin qulpundan yapışmısınız və özü də uğurla həyata keçirmisiniz. Mən təklif edirəm ki, bu kitabı əsgərlərimizə hədiyyə edəsiniz. Bu şeirlər onların vətən duyğularını daha qüvvətləndirəcəkdir.

Nəriman Həsənzadə
Xalq şairi

Digər xəbərlər
18:27 Ötən gün vətəndaşların bank kartlarından 32 min manatdan çox pul kiberüsullarla oğurlanıb
18:23 Sel nəticəsində ölən vəzifəli şəxs imiş
18:21 Qaraciyərin düşməni hesab edilir - Hər kəsin evində var
18:19 İsrail pasportu olanlara şok qadağa: Bu ölkəyə girişləri yasaqlandı
18:18 Zərərə görə ödənilən sığorta məbləği niyə artırılmır? - AÇIQLAMA
18:16 Pensiyalar yenidən artırılır
18:14 Əlilliyə görə təkrar yoxlamadan keçməli deyilsiniz - Bu halda müddətsizdir
18:11 Əhaliyə ŞAD XƏBƏR - Sabah səhər...