hemle

"Turana açılan könüllər" Dərbənddə təqdim olundu - hemlemedia.az

Tarix:23-12-2016, 23:12
Baxış Sayı:1 114

Bu gün "Türk Dünyası Poeziya İnciləri" layihəsi çərçivəsində işıq üzü görən "Turana açılan könüllər" antalogiyasının qədim Dərbənd torpağında təqdimatı baş tutub. Dərbənd Kitabxanalar Birliyinin sədri Diana Əliyeva və Dağıstan, Azərbaycan Dövlət Dram teatrının dəstəyi ilə Dərbənd şəhər Mərkəzi Kitabxanasında gerçəkləşən mərasimdə mərkəzi kitabxanının və teatrın əməkdaşları iştirak edirdi. Mərasimi Diana xanım Əliyeva açıb qonaqları salamlayıb, kitab haqqında məlumat verib və Dərbənd Azərbaycan dostluq münasibətlərindən bəsh elədi. "Aybəniz Qafarlı və Qabil Ədalətin gəlişi və bu cür qarşılanmaları, kitabın məhz bu torpaqda təqdim olunması bu dostluğa, bu doğmalığa bir nümunədir" vurğulayaraq bu gəlişin davamlı olmasını arzulayıb.
Daha sonra teatrın əməkdaşları Mahir Əliyev, Məhərrəm Ömərov, Sevda Bəybalayeva,Tahirə Ömərova, Səidə Əliyeva və digərləri qonaqları salamlayıb, bu günün qeyri adı gün olduğunu, belə əlaqələrin daha da genişlədirməyə ehiyac olduğunu vurğulayıblar.
Sonda tərtibatçılar Aybəniz Qafarlı və Qabil Ədalət bu doğma obada, bu doğma münasibət üçün öz minnatdarlıqlarını bildiribər.
Qeyd edək ki, ilk təqdimatı Bakıda baş tutan antalogiyanın redaktoru, Xalq şairi Nəriman Həsənzadə, rəyçilər akademik, millət vəkili Nizami Cəfərov və Nəriman Hasənzadə, məsləhət şurası AYB idarə heyətinin üzvü Qəşəm Nəcəfzadə və TYB sədri Əsət Ərbildir. Antalogiyada 10 ölkədən 111 türk yazarı yer alıb.

Aygün Əhmədova







Digər xəbərlər
22:04 Bu əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
22:01 Yaxın beş ildə dünya tarixin ən isti ilini yaşayacaq
21:52 Pentaqon Çinin hücumundan qorxur: Bunu aşkar etmək çox çətin olacaq
21:46 Kartınızdakı pullar bu üsulla da oğurlana bilər - XƏBƏRDARLIQ
19:56 Rotterdamda “Qərbi Azərbaycana Qayıdışa Dəstək” adlı beynəlxalq tədbir keçirildi
15:13 Paşinyanın kilsə ilə müharibəsinin şifrələri: Azərbaycan amili niyə önəmlidir?
14:54 "WhatsApp"da yeni dövr: Sizi telefon nömrənizlə əlavə etməyən insanlar...
14:49 ABŞ-da sensasion tələb: Bu senator həbs edilsin, yoxsa III Dünya müharibəsi olacaq