hemle

Ermənilər təsdiqlədi - İran 1271 yük maşını göndərildi

Tarix:21-04-2020, 23:23
Baxış Sayı:476

Fövqəladə vəziyyət dövründə İran İslam Respublikasından Ermənistana 1.271 yük maşını gəlib.

Ednews.net moderator.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Polisinin rəis müavini Hayk Mqriyan keçirdiyi mətbuat konfransında məlumat verib.

Rəis müavini bildirib ki, onların 1.197-nin işi yol polisi tərəfindən tamamlanıb, pandemiyaya görə 106 nəqliyyat vasitəsi yol polisi tərəfindən müşayiət edilib.

Onun sözlərinə görə, ümumilikdə Ermənistandan 2.946 nəqliyyat vasitəsinə Dağlıq Qarabağa getməyə icazə verilib, 603 avtomobilin girişi isə qadağan edilib.

Qeyd edək ki, Ermənistanda fövqəladə vəziyyət martın 14-dən elan edilib.

Xatırladaq ki, bir neçə gün əvvəl sosial mediada Xankəndidə yaşayan bir erməninin bölgəyə gələn İranın yük maşınlarına koronavirusa görə etiraz edən videosu yayılmışdı.

İran rəsmiləri videonun həqiqəti əks etdirməməsi barədə açıqlamalar vermişdilər...

EDNews.net

Digər xəbərlər
10:45 VAQİF QOCALSA DA, YENƏ VAQİFDİ
09:58 Gəncəni bombalayan erməni hərbçilərin adları BİLİNDİ
08:58 İqlim dəyişikliyi: Yer kürəsi əhalisinin yarısı bununla üzləşir - Ən az bir ay...
08:55 ƏDV ilə bağlı şad xəbər verildi
08:53 Beyin sağlamlığı üçün ən vacib qidalar - Siyahı
08:51 Laçının Bəylik kəndinə növbəti köç karvanı yola salındı
22:06 Azərbaycanda bu qadınlar 1460 manat əmək haqqı alacaq
21:57 Dəmir yolu nəqliyyatından istifadə edən bu sərnişinlər cərimə ediləcək