hemle

Zəgəzurun işğalına 1920-ci ilin baxış bucağından münasibət!

Tarix:13-10-2022, 22:53
Baxış Sayı:210

Və 1920-ci ildə bolşevik Rusiyasının Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana vermək barədə millətçi erməni dairələrinin təşəbbüslərinə qoşulması da məhz Pyotr siyasətinin məntiqi davamı idi. O vaxt Zəngəzur ətrafında cərəyan edən siyasi proseslər haqqında ətraflı və yalnız tarixi mənbələrə əsaslanan faktlar barədə məlumat verilir. Bu işdə o zamanki bolşeviklər Leninin, Stalinin, Çiçerinin, Orconikidzenin və başqalarının rolu və yeri barədə danışılır. Qeyd edilir ki, Azərbaycanda bolşevik hakimiyyəti qurulandan sonra Azərbaycan Sovet hökuməti 1920-ci il aprelin 30-da Ermənistana ordularını Zəngəzurdan çıxarması tələbi ilə nota verir. Daşnak Ermənistanı bu ərazilərin yalnız Ermənistana birləşdirilməsini istəyirdi və hətta “mübahisəli ərazilər” olmasını da qəbul etmirdi. 1920-ci il iyulun 8-də bolşevik Rusiyasının xarici işlər xalq komissarı Çiçerin Şimali Qafqaz İnqilab Komitəsinin rəhbəri Serqo Orconikidzeyə yazırdı ki, Ermənistanın sovetləşməsi üçün zaman gələcək, lakin indi buna getmək tezdir. Çiçerinin fikrincə, indi isə ən başlıcası Qarabağ və Zəngəzuru “mübahisəli yerlər” etmək olar və bunun üçün Azərbaycan hökumətinin razılığı lazımdır. Rusiyanın uzaq zamanlı siyasətinin əsas məqsədi Azərbaycanda sonu görünməyən bir münaqişə ocağı yaradıb davamlı olaraq saxlamaq olub.
Azərbaycan ordusunun 2020-ci ilin 27 sentyabrında terrora qarşı başlatdığı mübarizədən qalib çıxan Azərbaycan dövləti bu gün Zəngəzurun azad edilməsində yenədə çətinlıiklərlər üz-üzədir. Yenə də 1920-ci ilin hiyləsi-məkri davam edir. Yenə də Rusiya ortada münaqişə ocağını saxlamaq üçün hər hiyləyə əl atır. “Zəngəzur; Sabaha hesablanmış işğal” filmində yuxarıda qeyd edilən qaranlıq məqamlara işıq salmağa çalışmışıq.
“Zəngəzur Sabaha hesablanmış işğal” filminin çəkilişləri sona çatıb. Filmin təqdimat tədbirinin Bakı Dövlət Universitetində keçirilməsi nəzərdə tutulub.
Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin həyata keçiridiyi, ”Zəngəzur: Sabaha hesablanmış işğal” filminin çəkilməsi adlı layhənin icrası davam edir.
Layihə rəhbəri, MVQSYİB-nin sədri Radə Abbas

Digər xəbərlər
12:23 92 fərdi evdə 400-ə yaxın sakinin yaşadığı bu kənddə qaz açılışı oldu - VİDEO
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ