hemle

Azərbaycan Xalq Cümhuriyyəti ordusunun general-mayoru,....

Tarix:30-05-2020, 13:10
Baxış Sayı:625

Azərbaycan Xalq Cümhuriyyəti ordusunun general-mayoru, Bakı İstehkamçılar hissəsinin rəisi, Bakının hərbi general-qubernatoru, Bakının müdafiəsinin və asayişin təminatçısı Tlexas Murad Gəray bəy!
Gəray bəyi aprel işğalından dərhal sonra həbs edirlər. Onu, bolşevik, Bakı neftini oğurlayıb Sovet Rusiyasına neft və neft məhsulları aparan, oradan isə Bakıya pul, döyüş sursatı, siyasi ədəbiyyat daşıyan gizli "Xüsusi dəniz ekspedisiyası"nın fəalı, silahlı üsyana hazırlıq və Cümhuriyyəti devirib
hakimiyyəti ələ keçirmək məqsədilə yaradılmış gizli hərbi inqilab təşkilatın rəhbəri olmuş Əli Bayramovun qətlində (cəmi18 nəfəri) ittiham edirlər. Heç bir sübut olmadan Azərbaycan SSR Ali İnqilabi Tribunalının
("İnqilabi tribunalın" sədri Teymur Əliyev, ittihamçı prokuror isə ədliyyə komissarı Əliheydər Qarayev)
28 may 1920-ci il tarixli hökmü ilə ölümünə (cəmi 15 nəfər) qərar verilmiş
generalımızı arabanın üstündə yerləşdirilmiş qəfəsə salaraq Bakının küçələrində gəzdirdilər və 29-na keçən gecə güllələdilər. Güllələnməni tələsik təsdiq edən isə Azərbaycan İnqilab Komitəsinin sədr müavini Mirzə Davud Hüseynov idi.
Bir müddət sonra şərəfsizin əsl qatili məlum olur!
Şübhəsiz ki, Cümhuriyyət qeneralımızı arabanın üstündə yerləşdirilmiş qəfəsdə Bakının küçələrində gəzdirilməsinə əmr verənlərin və icraçıların nəvə-nəticələri bu gün də tam təminatlı yaşayırlar, vəzifə tuturlar, erməni lobbisinə və işğalçılara xidmətlərini davam etdirirlər.
Heç kim, heç nə unudulmur!
Generalımızın Ruhu şad olsun!
Nicat Gözəlov......

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir