ABŞ-də yerləşən Allen İnstitutunun alimləri tərəfindən aparılan yeddiillik tədqiqat insan şüurunun təbiətinə yeni işıq salaraq iki əsas rəqib elmi nəzəriyyəyə meydan oxuyub.
256 iştirakçının qatıldığı genişmiqyaslı eksperimentin nəticələri nüfuzlu "Nature" elmi jurnalında dərc edilib.
Tədqiqat göstərib ki, beynin görmə mərkəzləri ilə (başın arxa hissəsində yerləşən sahələr) və alnın ön hissəsindəki sahələr arasında funksional əlaqə mövcuddur. Bu əlaqə insanın nə gördüyünü necə düşündüyü ilə bağlayır.
Əvvəllər düşünülürdü ki, şüur əsasən beynin ön hissəsində yaranır, lakin bu araşdırma göstərib ki, şüur daha çox hiss və qavrayışla bağlıdır, nəinki planlaşdırma və məntiq kimi "fəaliyyətlə".
Tədqiqat şüurla bağlı iki məşhur nəzəriyyəni dəstəkləməyib:
- İnteqrasiya olunmuş informasiya nəzəriyyəsi (IIT) - şüur beynin müxtəlif hissələrinin birləşmiş fəaliyyətindən yaranır.
- Qlobal neyron işçi sahəsi nəzəriyyəsi (GNWT) - şüur beynin ön sahələrinin informasiyanı seçib yaymasından yaranır.
Hər iki nəzəriyyəyə aid kifayət qədər sübut tapılmayıb.
Araşdırmada iştirak edənlərə vizual siqnallar göstərilərək beyin reaksiyaları öyrənilib.
Bu nəticələr şüurun dəqiq yerini anlamaqla, ağır beyin travması olan insanlarda gizli şüurun aşkarlanmasına kömək edə bilər.