hemle

"Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin mövcud fəaliyyəti ilə bağlı hüquqi və peşəkar legitimlik məsələsi

Tarix:Dünən, 15:55
Baxış Sayı:523


Mövcud vəziyyət göstərir ki, "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin son dövrlərdəki fəaliyyəti ölkədə qiymətləndirmə sahəsində hüquqi və peşəkar legitimlik məsələsini aktuallaşdırmışdır. Belə ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən, qiymətləndirmə sahəsində peşəkarların vahid özünüidarə orqanı olan və dövlət tərəfindən tanınmış yeganə təşkilat Azərbaycan Qiymətləndiricilər Palatasıdır.
Azərbaycan Qiymətləndiricilər Palatası qiymətləndirmə fəaliyyəti ilə məşğul olan bütün qiymətləndiriciləri və qiymətləndirici təşkilatları özündə birləşdirən, onların peşə maraqlarını təmsil edən və bu sahədə normativ-hüquqi tənzimləmələrə riayət olunmasına nəzarət funksiyasını yerinə yetirən yeganə legitim peşəkar qurumdur. Palatanın bu statusu birbaşa qanunvericilik aktı ilə müəyyənləşdirilmiş və onun fəaliyyət dairəsi qanunla tənzimlənmişdir.
Bunun əksinə olaraq, "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyi “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanun əsasında fəaliyyət göstərən müstəqil bir qurum olmaqla, qiymətləndirmə sahəsində peşəkar və ya hüquqi nümayəndəlik funksiyasını icra etmək səlahiyyətinə malik deyil. Bu qurumun tərkibində faktiki olaraq qiymətləndirici statusuna malik olmayan şəxslərin təmsil olunması, habelə rəsmi peşəkar səlahiyyəti olmadan qiymətləndirmə sahəsində tədbirlər keçirməyə cəhd göstərməsi, qanunvericiliyə və peşə etikası normalarına ziddir.
Bununla əlaqədar olaraq, qiymətləndirmə sahəsində peşəkar fəaliyyət göstərən şəxslərin və təşkilatların yalnız Azərbaycan Qiymətləndiricilər Palatası çərçivəsində birləşməsi və bu qurum vasitəsilə ictimai-peşəkar nümayəndəliyin təmin olunması qanunun tələblərinə tam uyğun və legitimdir. İstənilən digər təşkilatın bu səlahiyyətləri mənimsəməsi isə hüquqi əsasdan məhrumdur və peşəkar icma tərəfindən tanınmamalıdır.
Azərbaycan Qiymətləndiricilər Palatası Rəyasət heyəti

Digər xəbərlər
23:22 Zəlzələdə çökmə riski olan binalar - Ekspert əhaliyə xəbərdarlıq etdi
23:14 Bakıda ən ucuz ərazilər haradadır? - araşdırma
23:10 "Wi-Fi" sürətini necə yaxşılaşdırmaq olar? - Altı asan yol
23:08 YouTube videolarını mətnə necə çevirmək olar? - SADƏ ÜSULLAR
23:06 Hər gün bir parça tünd şokolad yesək, orqanizm necə reaksiya verər?
23:03 Hər kəsin cibinə görə deyil: Yeni “iPhone”un qiyməti məlum oldu
22:20 Əhalinin NƏZƏRİNƏ: Maaş sistemində vacib dəyişiklik olacaq - DETALLAR
22:15 Erməni separatçılarının tabutuna çaxılan son mismar