hemle

Vüqar Oruc: "Dövlət dəstəyi assosiativ təşkilatların qarşısında yeni imkanlar açıb"

Tarix:1-06-2024, 16:30
Baxış Sayı:768

Vüqar Oruc: "Dövlət dəstəyi assosiativ təşkilatların qarşısında yeni imkanlar açıb"
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) ölkəmizin ilk assosiativ təşkilatlarından biridir və assosiativ təşkilatların daha zəif olduğu bir dövrdə, ötən əsrin sonlarında fəaliyyətə başlayıb.

Bunu AQC-nin sədri Vüqar Oruc III Beynəlxalq Qiymətləndiricilər Forumunda deyib.

O bildirib ki, bu sahədə baş verən müsbət dəyişikliklər AQC-nin fəaliyyətindən yan ötməyib: "Son illərdə AQC-nin fəaliyyətində mühüm dəyişikliklər baş verib ki, bu sırada beynəlxalq əlaqələrin güclənməsi də xüsusi yer tutur. Təbii ki, xarici əlaqələrin inkişafından danışarkən, əsas fəaliyyət istiqamətimiz türk dövlətləri ilə təmasların artırılmasıdır. Hansı ki, buna qədər türk dövlətləri qiymətləndiriciləri arasında təmaslar çox təəssüf ki, yüksək səviyyədə deyildi".

V. Oruc diqqətə çatdırıb ki, Türk Dövlətləri Qiymətləndirmə Birlikləri Şurasının əsas məqsədi qardaş dövlətlər arasında əməkdaşlığın artırılmasına töhfə vermək, təlim-tədris və təcrübə mübadiləsini həyata keçirmək, vahid məlumat bazası və türk dövlətləri qiymətləndiricilərinin milli standartlarının formalaşmasına nail olmaqdır.

Digər xəbərlər
16:26 Qəbul imtahlarına hazırlaşan abituriyentlərə ŞAD XƏBƏR
16:20 Şimşək çaxacaq, dolu düşəcək - Sabahın hava proqnozu
16:16 Daha bir mif dağıdıldı: Xolesterolu azaldan xüsusi pəhriz yoxdur!
16:11 Yer kürəsini maqnit qasırğaları bürüyəcək - İki gün davam edəcək...
09:55 Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
09:52 Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
09:50 Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
09:46 Sağlam uşaq doğan ən uyumlu qan qrupları