Azərbaycan Respubliksının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci ildə elan etdiyi kiçik qrand layhəsi musabiqəsində qalib olmuş “Zəngəzur: Sabaha hesablanmış işğal” adlı layihənin icrasını Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi həyata keçirəcək. Layihənin icrası ərəfəsində “Zəngəzur: Sabaha hesablanmış işğal” adlı film çəkiləcəkdir. Filmdə əsasən Zəngəzurun tarixi və işğalı əks ediləcəkdir.
Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi qeyd edilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz nitqində XX əsrin 20-ci illərində Naxçıvana muxtariyyətin verilməsini bu bölgənin strateji əhəmiyyəti ilə bağlılığını vurğulayaraq, eyni zamanda, o vaxt Azərbaycana qarşı böyük ədalətsizliyin edildiyini bəyan edir. Zəngəzur tarixi, əzəli Azərbaycan torpağıdır. Sənədli film dövlət başçısının məhz bu bəyanatı ilə başlayır. Daha sonra Zəngəzur bölgəsinin Azərbaycandan qoparılaraq Ermənistana verilməsinə dair proseslər barədə danışılır. Vurğulanır ki, 1920-ci illərdə Zəngəzur mahalında yaşayan əhalinin böyük əksəriyyətini azərbaycanlılar təşkil edib.
Bunu həm o zamanki statistika, həm də o vaxt yaşayış məntəqələrinin daşıdığı adlar sübut edir. Bu adların böyük əksəriyyəti Azərbaycan adları idi. Müəllif qısa haşiyəyə çıxaraq 1918-20-ci illərdə erməni daşnakları Qaregin Njdenin, Dronun və başqalarının terrorçu dəstələrinin Zəngəzurda yaşayan azərbaycanlılara qarşı soyqırımı və etnik təmizləmə siyasəti yürütdüklərini qeyd edir. Bildirilir, onların əsas məqsədi regionda etnik balansı ermənilərin xeyrinə dəyişmək olub. Və 1920-ci ildə bolşevik Rusiyasının Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana vermək barədə millətçi erməni dairələrinin təşəbbüslərinə qoşulması da məhz həmin siyasətin məntiqi davamı idi. O vaxt Zəngəzur ətrafında cərəyan edən siyasi proseslər haqqında ətraflı və yalnız tarixi mənbələrə əsaslanan faktlar barədə məlumat verilir. Bu işdə o zamanki bolşeviklər Leninin, Stalinin, Çiçerinin, Orconikidzenin və başqalarının rolu və yeri barədə danışılır. Qeyd edilir ki, Azərbaycanda bolşevik hakimiyyəti qurulandan sonra Azərbaycan sovet hökuməti 1920-ci il aprelin 30-da Ermənistana ordularını Zəngəzurdan çıxarması tələbi ilə nota verir. Daşnak Ermənistanı bu ərazilərin yalnız Ermənistana birləşdirilməsini istəyirdi və hətta “mübahisəli ərazilər” olmasını da qəbul etmirdi. 1920-ci il iyulun 8-də bolşevik Rusiyasının xarici işlər xalq komissarı Çiçerin Şimali Qafqaz İnqilab Komitəsinin rəhbəri Serqo Orconikidzeyə yazırdı ki, Ermənistanın sovetləşməsi üçün zaman gələcək, lakin indi buna getmək tezdir. Çiçerinin fikrincə, indi isə ən başlıcası Qarabağ və Zəngəzuru “mübahisəli yerlər” etmək olar və bunun üçün Azərbaycan hökumətinin razılığı lazımdır. Rusiyanın uzaq zamanlı siyasətinin əsas məqsədi Azərbaycanda sonu görünməyən bir münaqişə ocağı yaradıb davamlı olaraq saxlamaq olub. Layhənin icrası ərıəfəsində bu hadisənin mahiyyətini açmağa çalışacağıq. Layihənin icrası məqsədi ilə çəkiləcək filmin təqdimat tədbiri keçiriləcəkdir. Film əsasən Azərbaycanda fəaliyyət göstərən diplomatık korpus nümayəndələri üçün nəzərdə tutulub. Gələcək layihələrimizdə filmin Avropada yayınlanması planlaşdırılır.
Layihənin icra müdəti iki aydır. Layihə rəhbəri Radə Abbas mühasibi isə Xəyalə Quliyevadır.
Layihə rəhbəri MVQSYİB-nin sədri Radə Abbas.