hemle

Azərbaycan və Meksika arasında yüksək dostluq , qardaşlıq münasibətlərindən danışdı

Tarix:29-08-2022, 06:30
Baxış Sayı:216

26 Avqust Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı Fövqaladə və Səlahiyyətli Səfiri cənab Xuan Rodrigo Labardini Flores tərəfindən bir ilk olaraq Layihə rəhbəri, təşkilatçısı Elnurə və Aygün isgəndərovaların olduqları İki ölkə arasında mədəniyyətlərin inkişafına töhfə olaraq sərgilərin yüksək səviyyədə həyata keçirildiyi üçün təşəkkür əlaməti olaraq layihələrdə iştirak edən rəssamların şərəfinə kokteyl təşkil olundu. Kokteyldə 80-ə yaxın rəssam və media nümayəndələri iştirak edirdi. Cənab səfir öncə rəssamları və qonaqları salamladı . Azərbaycan və Meksika arasında yüksək dostluq , qardaşlıq münasibətlərindən danışdı. Xüsusilə iki ölkə arasında mədəniyyətlərin inkişafında xüsusi rolu olan Layihə rəhbəri və təşkilatçı Elnurə və Aygün İsgəndərovalara , rəssamlara dərin təşəkkürünü bildirdi. Yeni uğurlu layihələrə imza atacaqlarını bildirdi. Çıxışında Elnurə İsgəndərova Cənab səfirə xüsusi diqqət üçün təşəkkür edib və rəssamlarla sərgilərə həvəslə çalışdıqlarını , hər uğurun qarşısında böyük zəhmət olduğunu bildirdi. Könüllü Vətənpərvər Rəssam Qrupu olaraq 15 ildir həvəslə xidmət edirik və bununla qürur duyuruq. Məqsədimiz Azərbaycanımızın bütün ölkələrlə dostluq və mədəni əlaqələrinə dəstək verməkdir. Xalq rəssamı , professor Arif Hüseynov , Mədəniyyət Nazirliyinin əməkdaşı Lalə Azəri , Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İB sədri Nadir İsmayılov , Atəş.az saytının rəhbəri Rada Abbas , APA TV-nin müxbiri Mir Çingiz Ağazadə , İnkişaf TV nin rəhbəri Nahid Babayev rəssamlara uğurlar arzuladılar. Qonaqlar Meksika mətbəxinin təamlarını daddılar . Azərbaycanın tanınmış kaman ustası Şəhriyar Musayev möhtəşəm ifasında musiqilər səsləndi.

Xüsusi Müxbir : Aygün Oqtay



Digər xəbərlər
09:46 Paşinyan: "Azərbaycanla sərhədin delimitasiya olunan hissələrindən Aİ missiyasını çıxarmağa hazırıq"
09:45 "WhatsApp"dan möhtəşəm funksiya: Səsli mesajlar mətnə çevrilir
09:41 ÜST-dən meymunçiçəyi ilə bağlı qərar
09:39 Avtomobilin işıq cihazına "plyonka" çəkənlərin DİQQƏTİNƏ: Cərimə gözləyir?
09:38 Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
09:36 Ukraynanın əkin torpaqları hansı ölkələrə satılıb? – İnanılmaz faktlar
09:35 Putin bu raketlərlə bağlı müşavirə keçirdi - "Dünyada onların qarşısını alacaq silah yoxdur"
09:33 İrəvan Bakıya qarşı bu iddialardan imtina etməyə hazırdır - Paşinyan