hemle

" Azərbaycan və Tacikistan mədəni əlaqələri nəsildən-nəslə" adlı sərgi - tədbir Heydər Əliyev Mərkəzində baş tutdu

Tarix:23-06-2022, 11:30
Baxış Sayı:226

Layihə rəhbəri və təşkilatçısı Elnurə və Aygün İsgəndərovaların olduğu Yasamal Rayon Heydər Əliyev Mərkəzinin dəstəyi ilə
" Azərbaycan və Tacikistan mədəni əlaqələri nəsildən-nəslə" adlı sərgi - tədbir 22 iyun saat 12:00-da Yasamal Rayon Heydər Əliyev Mərkəzində baş tutdu. Sərgidə 70 rəssam 70 rəsm əsəri ilə iştirak edirdi. Rəsm əsərlərində Tacikistanın mənzərələri, mətbəxi , adət - ənənələri vəsf olunmuşdu.
Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Tacikistanın Azərbaycandakı səfiri Rustam Soliyev və xanımı Mühabbet Soliyeva, Türkiyə səfiri Cahit Bağçı, Gürcüstan səfiri Zurab Pataradze, Əfqanıstan səfiri Amanullah Ceyhun,Meksika səfiri Xuan Flores, diplomatik korpusun nümayəndələri iştirak edirdi.
Öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular və Ümummilli liderin siyasi fəaliyyətini əks etdirən foto və eksponatlarla tanış oldular.

Yasamal Rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova sərgiyə gələn fəxri qonaqları və rəssamları salamladı. Artıq xarici ölkə səfirliklərinin mərkəzdə ziyarətlərinin və sərgilərinin təşkil olunması ənənə halına keçdiyini bildirdi.

Sərgidə iştirak edən Tacikistan Respublikasının Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Rustam Soliyev iştirakçıları salamlayaraq bildirdi ki, bu cür mədəniyyət tədbirləri iki xalq arasında əlaqələrin daha da yaxınlaşmasına xidmət edir.
Daha sonra sərgi layihə rəhbəri və təşkilatçıları Elnurə və Aygün İsgəndərovalar nümayş etdirilən rəsmlər barədə qonaqlara ətraflı məlumat verərək rəsm əsərlərinin tacik xalqının adət və ənənələrini, yaşayış tərzini və təbiət mənzərələrini əks etdirir.






Digər xəbərlər
09:46 Paşinyan: "Azərbaycanla sərhədin delimitasiya olunan hissələrindən Aİ missiyasını çıxarmağa hazırıq"
09:45 "WhatsApp"dan möhtəşəm funksiya: Səsli mesajlar mətnə çevrilir
09:41 ÜST-dən meymunçiçəyi ilə bağlı qərar
09:39 Avtomobilin işıq cihazına "plyonka" çəkənlərin DİQQƏTİNƏ: Cərimə gözləyir?
09:38 Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
09:36 Ukraynanın əkin torpaqları hansı ölkələrə satılıb? – İnanılmaz faktlar
09:35 Putin bu raketlərlə bağlı müşavirə keçirdi - "Dünyada onların qarşısını alacaq silah yoxdur"
09:33 İrəvan Bakıya qarşı bu iddialardan imtina etməyə hazırdır - Paşinyan