hemle

15 İyun - Qurtuluş Günündə "Azərkitab" - Kitab Mərkəzinin yeni formatında,

Tarix:16-06-2022, 19:49
Baxış Sayı:245

5 İyun - Qurtuluş Günündə "Azərkitab" - Kitab Mərkəzinin yeni formatda, yeni ünvanda açılışı mərasimi və tanınmış rəssam Gülnarə Məmmədovanın ilk fərdi yaradıcılıq sərgisi baş tutdu.
Sərgi layihə rəhbəri və təşkilatçı Elnurə və Aygün İsgəndərovalar tərəfindən təşkil olunmuşdur.
Sərgidə rəssamın Qarabağ zəfərindən ilhamlanıb yaratdığı 44 əsəri sərgilənirdi . Əsərlər yağlı boya və kətan üzərində işlənmişdi. Sərgidə Gülnarə Məmmədova çəkdiyi Milli Qəhrəman general-mayor Polad Həşimovun, Milli Qəhrəman Mübariz İbrahimovun portretlərini ailələrinə hədiyyə etdi. Sərgidə media nümayəndələri və fəxri qonaqlar iştirak edirdilər. Sərgini giriş sözü ilə layihə rəhbəri Elnurə İsgəndərova açdı. Öncə şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər. Sonra qonaqları salamlayıb Qurtuluş günü münasibətilə təbrik etdi. Və sözü millət vəkili Vüqar İsgəndərova verdi. Vüqar müəllim 15 iyun Qurtuluş gününün mahiyyətindən söz açdı və şəhidlərimizin portretlərinin çəkilib ailələrinə hədiyyə olunmasını rəssamlar tərəfindən gözəl təşəbbüs olduğunu bildirdi . Vətənpərvərliyi tərənnüm edən əsərlər yaratdığı və ilk fərdi yaradıcılıq sərgisi üçün Gülnarə xanımı təbrik edib uğurlar arzuladı. Sərgidə iştirak edən Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan çıxışında Qarabağ zəfərindən ilhamlanıb yaratdığı 44 rəsm əsərinin Gülnarə xanım tərəfindən gözəl təşəbbüs olduğunu bildirdi . Bir millət iki dövlət olaraq birlikdə uğurlara imza atmağımızı arzuladı.
Sərgidə iştirak edən Əməkdar jurnalist , Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İctimai Birliyinin sədri Nadir Azəri , Qalera Sənət Mərkəzinin direktoru Mənsur Əsgərli,
El ART Studiyanın rəhbəri Elnara İsgəndərova, rəssamlardan Fərəh Babayeva, Səadət Cəfərova , Pərviz Mahmudov, Elçin Nəsirov həmkarlarını təbrik edib uğurlar arzuladılar .
Vətən Müharibəsi qazisi Çingiz Abdullayev Şuşa mövzusunda olan əsərlərin rəssamın gözəl təxəyyülünün nümunəsi olduğunu bildirdi . Sonda Gülnarə Məmmədova , atası Hümbət Məmmədov , anası Əntiqə Məmmədova sərgidə iştirak edən bütün qonaqlara və təşkilatçılara dərin təşəkkürlərini bildirdilər .
Elnurə Oqtay





Digər xəbərlər
09:59 COP29 günlərində maşınlar şəhərə xüsusi postlardan fasilələrlə buraxılacaq
09:32 Vətən müharibəsinin 37-ci günü: Səkkiz kənd işğaldan azad edilir
09:28 COP29: ilk 3 gün aeroportdan taksiyə minmək olmayacaq
09:25 ABŞ Ukraynaya 425 milyon dollarlıq silah paketi göndərdi
09:23 “Yandex” istifadəçilərinin rekord həcmdə şəxsi məlumatını dövlətə ötürüb
09:19 ÜST-dən vərəmlə bağlı xəbərdarlıq - Rekord yoluxma
09:17 "Lazım gələrsə, Tehran nüvə silahı yarada bilər" - İran rəsmisi
18:20 Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlandı