hemle

“Bu hadisə min azar eşidən qadınların gününü lap qara edəcək”

Tarix:17-08-2022, 09:49
Baxış Sayı:162

Son günlərdə Fövqəladə Hallar Nazirliyinin idarələrindən birində çəkildiyi bildirilən intim görüntülər cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

Cəmiyyətin müxtəlif kəsimlərindən olan insanlar vəzifəli şəxslərin bu davranışlarını sərt tənqid ediblər. Sözügedən müzakirələrə bir sıra tanınmış şəxslər də qoşulub.

Mövzu ilə bağlı sosial şəbəkədə fikirlərini paylaşan İctimai televiziyanın aparıcısı Nigar Sabirqızı baş verənlərin Azərbaycanda qadınlara münasibəti pisləşdirəcəyini düşündüyünü deyib:

“Məlum hadisəni məsxərəyə qoymaq, mənasız müzakirə açmaq, fərdləri və ya qurumu qınamaq əvəzinə, məsələni bir az dərindən analiz edib səbəbləri və nəticələri haqqında düşünmək lazımdır. Yalnız bu hadisə yox, ətrafda gördüklərimiz, eşitdiklərimiz göstərir ki, evli kişilər bir yana, başqası ilə münasibət quran evli qadınların sayı çoxalıb. Əlbəttə, biz heç kimi buna görə linç və ya mühakimə edə bilmərik. Mühakimə etmək yalnız Allaha məxsusdur. Sadəcə bunun səbəbləri haqqında ciddi düşünmək lazımdır. Hər halda onları buna itələyən səbəblər var. Təəssüf ki, bu hadisə gündə min azar eşidən namuslu qadınların gününü lap qara edəcək. Onsuz da işlədiyi və ya işləmək istədiyi üçün hər gün əri, atası, qardaşı tərəfindən qınaqla və ya qadağalarla üzləşən minlərlə qadın var. Bunlar haqqında düşünək. Gülüb həzz almaqdansa, onların halına acıyın. Bir də unutmayın: qınadığın bir şeyi yaşamadan ölməzsən”.

“Qafqazinfo”

Digər xəbərlər
12:29 Bu gecə Rusiya səması: 105 pilotsuz təyyarə vurulub
12:24 Bu şəxslər hər ay 200 manat ala bilər
10:54 Ukrayna bu sənədi Aİ-yə göndərir: İçində Rusiyaya qarşı görün nələr var
10:51 “Döyüş nöqtəsinə” çatıblar: 2030-cu ilə qədər yarım milyard yeniyetmə bu xəstəliyə tutulacaq
13:21 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
13:16 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
08:33 Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?
08:30 Ən ağıllı insanlar bu qan qrupundan olurlar