hemle

Söyüş nədir? - hədəf niyə qarabağlılar oldu? Faiq İSMAYILOV araşdirır...

Tarix:17-04-2020, 16:40
Baxış Sayı:516

Avropa İmperiyası, sərhədləri ətrafındakı gənc və inkişafda olan ölkələri öz qanunlarına tabe etdirib daim itaətdə saxlamaq üçün təziq, təhdid və son illər sınaqdan keçirməyə başladıqları söyüş taktikalarından istifadə etməyə çalışır.
Çünkü bu vasitələr insanın mənəviyyatına tez təsir edərək onları müəyyənləşdirilmiş istiqamətə asanlıqla yönəldə bilir. Bu isə zəif ölkələrə Avropadan ixrac edilən “demokratiya”nın qaydalarına tamamilə uyğundur.
Deməli Avropanın istifadə etdiy bu təziq vasitələri uydurduqları insan hüquqlarına uyğun hesab edilərək,“qnunauyğun” şəkildə həyata keçirilir.
Elə buna görə də, Avropanın başbilənləri, Avropaya qonşu ölkələrə qarşı açıq şəkildə,təziq, təhdid və son illər sınaqdan keçirməyə başladıqları söyüş taktikalarından utanmadan istifadə edirlər.
Avropa öz maliyyə vəsaiti hesabına söyüş texnologiyasını yeni yaradır və bu hələlik yalnız Azərbaycan üzərində sınaqdan keçirilir. Bu texnologiya başqa ölkələrə tətbiq edilmir, hətta İngiltərə Avropaya tüpürüb İmperiyanı tərk edəndə belə bu ölkəyə qarşı söyüş texnologiyasından istifadə edilmədi.Niyə?
Çünki Avropa ölkələrində söyüşə adi baxılır. İsmət abır-həya bizdəki qədər gözlənilmir. Bu ölkələrdə ərli qadın sevdiyi kişi ilə gəzər bu onun ailəsində söz-söhbətə səbəb olmaz. Ona görə də bu ölkələrdə söyüş heç bir əhəmiyyət kəsb etmir.
Söyüş nədir?
- Söyüş insanın şərəf və ləyaqətinialçaldan onda emosianal vəziyyət yaratmaq üçün istifadə edilən vasitədir. Söyüş söyülürkən qarşı tərəfdəndə eyni adrkvat cavab alınırsa o zanan söyüşün nəticəsi effektiv sayılır.Söyüş qarşı tərəfdə emosianal təsir yaratmırsa əhəmiyyətini itirir, söyüşdən vaz keçilir.
Avropa yaxın illərdə Azərbaycanın görkəmli Dövlət Xadimlərinə, Hökumət rəhbərlərinə, tanınmış ziyalılarına qaşı söyüş texnologiyasından istifadə etdi, lakin Hökumət üzvləri dözüm və səbr nümayiş etdirərək bu texnologiyanı iflasa uğratdılar.
Əlbəttə səbəbsiz yerə insanları söyüb təhqir etmək, sadəcə əxlaqsızlıq və mənəviyyatsızlıqdır. O zaman mən bir ziyalı kimi öz mövqeyimi bu cür ortalığa qoydum: Söyüş və təhqirləri söz və ifadə azadlığ kimi düşünənlərin hərəkətləri siyasi fahişəlikdən başqa bir şey deyildir.

Fahişəlik bir çox Avropa ölkələrinin həyat tərzidir, yəni ayıb sayılmır. Cinsi əlaqənin ictimaiyyələşdirilməsi, ev heyvanları ilə eləcədə eyni cinslilərin nigahlarının qanuniləşdirilməsi bunu deməyə əsas verir. Yəni bizim anlamda dərk edilən söyüş və təhqirlər adi avropalı üçün başadüşülən deyil.
Avropa təlilçiləri bunu çox gözəl anlayır və bizə qarşı söyüş və təhqirdən hücum silahı kimi istifadə edirlər.
Onlar, söyüş və təhqirləri söz və ifadə azadlığı kimi tövsüyyə edərək, Azərbaycan Dövlətçiliyinin özülünü sarsıtmaq üçün müxtəlif layihələr maliyyələşdirməklə bir qrup mənəviyyatsız insanları bir araya gətirdilər. Bu qrupun məqsədi Azərbaycanda vətəndaş qarşıdurması yaratmaqla siyasi sistemi dəyişməkdir.
Əxlaq Prisipinə Azərbaycanda həssas yanaşıldığına görə bu cür çirkin layihələrin icraçılarına verilən tapşırıqların mərkəzində əxlaq prinspi, insan mənəviyyatı durur.
Dünyanın başı Koronovirus panemiyasına qarışdığı bir vaxtda, Avropa söyüş qrupunu yenidən Azərbaycana qarşı hərəkətə gətirdi. Bu dəfə onların hədəfində qarabağlılar dururdu.
Niyə qarabağlılar?
Çünki, qarabağlılar dedikdə burada minlərlə elindən obasından didərgin düşmüş, üzüçü mərhumiyyətlərə, əzablara düçar olmuş insan kütləsi göz önünə gətirilir. Onlar bu kütləni söyməklə onları hökumətin üzərinə qaldırmaq, bununlada Azərbaycanda Dövlət və Vətəndaş münasibətlərini zədələmək istəyirlər.
Lakin onlar anlamırlarki, Ermənistan silahlı qüvvələrinə qarşı döyüş ruhuyla yaşayan bu insanları söyüş və təhqirlərlə çirkin məqsədlərə istiqamətləndirmək, bu qayda ilə onları idarə etmək sadəcə mümkün deyildir.
Bu yaxınlarda şəxsiyyətinə hörmət etdiyim həmkarım mənə bir disk göndərdi və bundan əndişələndiyini bildirdi və bu yazının yazılmasına səbəb oldu.
Diskə baxanda görüntülər məndə də həqiqətən şok effekti yaratdı. Bir azərbaycanlı oturub ağına – bozuna baxmadan Avropadan Azərbaycanı, qarabağlıları söyürdü...
30 saniyə sonra mən heç nə eşitmirdim, yalnız söyən şəxsin sifətini görürdüm. Düşünürdüm görəsən bu adamın anası, bacısı və digər yaxın qohumları adekvat söyüşlərdən necə sığortalanıblar? Bu adam mənəviyyatını itirib, şərəf və ləyaqətindən vaz keçib, namusunu pula satıb.
Bu adam və ya bununkimilər pul ehtiyaclarına görə kimlərinsə əlində alət olmağı olmayan qürurlarına necə sığışdıra bilirlər?
Düşünürəm. Bu adamlara cavab verməyin heç bir lüzumu yoxur. Amma, ünvanlarını bilsəydim mən bu adamlara bu ismarışı göndərərdim:
- Yaşından, dilindən, dinindən, cinsindən asılı olmayaraq bütün qarabağlılar və digər məcburi köçkünlər, Azərbaycan Dövlətçiliyinin Qorunması, Ərazi Bütövlüyünün Bərpası və Bayrağının daim dalğalanması üçün, canlarından keçməyə hazırdırlar.
Hörmətlə Qarabağlı Ziyalı
Faiq İSMAYILOV

Digər xəbərlər
10:05 Türkiyədən dünyanı silkələyən addım: Son dərəcə məxfi hazırlanıb - Okeanda sınaqdan keçiriləcək
10:02 Yunanıstandan təxribat: Rusiya silahlarını Ukraynaya vermədi - Ermənistana göndərir
10:01 Təcili: Dağıdıcı raketlərin Ermənistana çatdırıldığı təsdiqləndi - VİDEO
09:43 Necə qidalanaq ki, gözlərimiz ziyan görməsin?
09:40 Uşaqların kosmetika istifadəsinin fəsadları - Mütəxəssisdən XƏBƏRDARLIQ
09:34 Sinədə ağrılar ürək xəstəliklərindən başqa nəyin əlamətidir?
09:28 Cəmi 3 sualla Alsheymer xəstəliyini diaqnoz et
09:25 Qərb Rusiya ilə bağlı nədə səhvə yol verdi?