Azərbaycan Milli Qəhrəmanı Rizvan Teymurov haqqında yazı hazırlamaqbeynimə bir anın icində girdi. "Yazacam” dedimsə, yazmalıydım da!Amma... axı tanımıram. Heç bir dəfə də üzünü görməmişdim. Haqqında eşitdiyim odur ki, şuşalıdır, Quşçular kəndindəndir, şəhid olandan sonra fəxri ada layiq görülüb.Vəssalam! Başladım interneti bir-birinə vurmağa. Rəsmi statistikadan başqa heç nə tapa bilmədim. Məlumatlar elə mənim bildiyim qədər! Bu səbəbdəndə üz tutdum Qarabağ müharibəsinin canlı ensklopediyası, şəhidimizin komandiri olmuş, peşəkar hərbçi, ehtiyatda olan polkovnik Azay Kərimova. Mənim bitib-tükənməz suallarımı yalnız o cavablandıra bilərdi:
-Cənab komandir, bu gün sizin bir yetirmənizin, tabeçiliyinizdə olan bir döyüşçünün doğum günüdür. Necə xatırlayırsınız polis çavuşu Rizvan Teymurovu?
-Əvvəlcə, qeyd edim ki, həyatda da,elə lap müharibənin özündə də elə insanlarla qarşılaşırsan ki, onu heç vaxt unuda, ölümü ilə barışa bilmirsən. Çünki, ləyaqəti var, cəsarəti, hünəri, ən başlıcası vətənə sevgisi var! Bunlar bir yerə yığılanda, bir bədəndə komalananda adi şəxs olur əsl KİŞİ! Rizvanla qonşu kənddən olduğumuza görə, onun özünü də, ailəsini də yaxşı tanıyırdım. O, sözün həqiqi mənasında haqqında yazılmağa, gəncliyə örnək göstərilməyə layiq oğul idi.
Haşiyə: Azərbaycan Milli Qəhrəmanı Rizvan Teymurov 1967-ci il aprelin 16-da Şuşanın Quşçular kəndində ziyalı ailəsində anadan olub. O, 1984-cü ildə doğma kəndində orta məktəbi bitirdikdən sonra 1985-ci ildə ordu sıralarına çağırılıb. Əsgəri xidmətini Rusiyanın Omsk şəhərində başa vurduqdan sonra 1987-ci ildə Vətənə dönüb. 1990-cı ildə Şuşa rayon Daxili İşlər Şöbəsinin nəzdində Xüsusi Təyinatlı Polis Dəstəsi yaradılanda tərəddüd etmədən bu dəstəyə daxil olub. Qorxu bilməz, cəsur döyüşçülərdən ibarət olan bu dəstə Qaradağlı, Sırxavənd, Umudlu, Meşəli, Cəmilli kəndlərində, habelə Xankəndində ermənilərin zərərsizləşdirilməsində və tərksilah edilməsində qəhrəmanlıq nümunəsi göstərib. Əməliyyatların birində ilk dəfə ağır yaralanması onu odlu-alovlu cəbhədən uzaqlaşdıra bilməyib.
-Bir Qarabağlı kimi, hamımız bilirdik ki, 1990-cı il müharibənin alovlandığı, ölüm hadisələrinin mütəmadi baş verdiyi ən qanlı illərdən biridir. O günlərlə yanaşı, Rizvanı necə xatırlayırsınız, yaddaşınıza necə həkk olub?
-Qarabağı yaxşı tanıyan təcrübəli hərbçilər yaxşı bilir ki, o bölgədə 3 kənd olub və bu kəndlərə bütün giriş-çıxış yolları Xankəndinin və Əsgəranın içindən keçib gedirdi. Onların birincisi Malıbəyli kəndi idi, Xankəndinin 2 kilometrliyində yerləşirdi. Xocavənddən Xankəndinə getmək üçün bizim kəndin içindən keçməli getməli idin. Eyni zamanda, biz Xankəndidən Şuşaya, Ağdama getmək üçün mütləq Xankəndinin içərisindən geçməli idik. Bu üç kənddə müharibə 1990-cı ildə deyil, 1987-88-ci illərdən başlanmışdı. 90-cı illərdə camaat inanmırdı ki, vəziyyət bu həddə çata bilər.O zaman artıq Kərkicahanda şiddətli döyüşlər gedirdi. Meşəli kəndi işğal edildi və Kərkicahanın müdafiəsi zamanı Quşçulardan olan kəndçim Rizvan Teymurov da orda döyüşürdü. Qəlbi təmiz oğlan idi. Ürəkli idi Rizvan! Heyf...Elə orda da şəhid oldu.
Hadisə necə oldu?
- Şuşada Polis Şöbəsinin Post -Patrul Xidməti taborunun 2-ci manqasında polis çavuşu idi. Komandiri isə mən idim!O vaxt adi silahları Şuşada hami bilmirdi. Praktiki cəhətdən bilirdilər, nəzəri cəhətdən heç kim bilmirdi. Rizvanı isə özum hazirladım. Fiziki cəhətdən olduqca möhkəm idi. Peşəkar idmançı olmasa da, özü üçün daim idmanla məşgul olurdu. Şuşa və Şuşa ətrafında keçirilən butun dövlət əhəmiyyətli əməliyyatlarda iştirak edib. Belə əməliyyatlara şəxsən Mikayil Cabbarov özu rəhbərlik edirdi, biz dönənə kimi hər birimizi şəxsən gözləyirdi . Həmin əmliyyatçılar gizli və məxfi qruplar idi ki, Bakıdan gələn azərbaycanlı DTX-nə və Mikayil Gözəlova tabe idilər. DTX hər adamı qəbul etmirdi. Amma Rizvan bu qrupa daxil idi. Qrupların əsas məqsədi Xankəndində, Əsgəranda , Hadrutda, Mardakertdə milli munaqişələri qızışdıran ekstremisləri həbs etmək və Şuşa turməsinə çatdirmaq idi. Bu mümkün olmayanda isə harda olmasına baxmayaraq məhv etmək, yəni, gullələməkdən ibarət idi. Belə əməliyyatlar iki həftə müddətində 2-3 dəfə olurdu. Qalan vaxtları isə Şuşanın və ya ətraf kəndlərin muhafizəsi idi. Butun əməliyyatlarda iştirak edirdi. Çox vaxt bir yerdə olurduq. Onu əcəl hərliyirdi. Beləki, bir dəfə Ermənistandan gələn ermənilər Martuni rayonunda mal fermalarında gizlənmişdilər. Qrup şəklində getdik və gizlənənləri həbs etdik. Sonra mal fermasına baxış keçirdiyimiz an mal oxurunun içindən ,otun altından çıxan erməni Rizvanı kurəyindən nişan aldığını təsadufən tövlənin çölundən- pəncərədən gördüm. O, atmaga hazirlaşanda mənondan cəld tərpəndim. Bir saniyə geciksəydim, Rizvanı erməni vuracaqdi.
İkinci dəfə isə Kərkicahan kəndində, döyüş zamanı yerini dəyişırkən gullə "botinka”sının dabanını apardi. Ücüncü dəfə isə... Gunah Bakıdan gələn polislərin məsuliyyətsizliyi idi. Hava soyuq oldugundan postu qoyub qaçmışdılar evlərə. Ermənilər də gəlib postumuza girmişdi. Bizimdə xəbərimiz olmamışdı. Rizvan yaxınlaşanda ermənilər ona 10 metrlikdən 21 gullə vurdular. Düşmənlər meyidini təhqir eləməsinlər deyə, onu düşdüyü yerdən götürməliydim. Surunərək yanına çatdim, artiq keçinmişdi. Güllənin biri üzündən , biri gözündən aşagı, biri başından və sinəsindən dəymişdi . Əvvəl istədim qucagıma alam aparam, gördüm çox agırdı. Bəstə boy olsa da, çəkisi agır idi. Məcbur olub yerə uzandım. Cəsədi belimə aldim ki, sürünə- sürünə belimdə çixara bilim. Hərbi bıçagi çıxarib yerə vurdum, ondan mıx kimi istifadə edib özumu dartmaq istiyirdim. Tərs kimi yer donmuşdu deyə, bıçaq yerə batmırdi..Bir tərəfdən əsir götürülmək qorxusu, həyacanı... Ermənilər duyuq düşsəydi...Birtəhər 150 metr o postdan aralana bildim. Sonra ayaga qalxdım, bu dəfə qollarından tutub sürüdüm. Səhər açılırdı artıq, təhlükəsiz yerə çatandan sonra bir az dincəlmək , dərindən nəfəs almaq istəyirdim ki, bizimkilər köməyə gəldilər. Onun cəsədini götürüb Şuşaya, oradan da dəfn etmək üçün kəndə gətirdim.Milli Qəhrəman təqdimatına şəxsən imza atmışamkomandir kimi !
Haşiyə:1991-ci il dekabrın 10-da Rizvan Teymurov öz silahdaşları ilə birgə, Xankəndi yaxınlığında, azğın erməni təxribatının qarşısını alıblar. Elə bu vaxt xain ermənilər, Rizvanı və silahdaşlarını gözlənilmədən atəşə tutub. Dekabrn 10-da Xankəndi-Kərkicahan ətrafında gedən qanlı döyüşdə qəhrəmancasına şəhid olan Rizvan Teymurov Şuşa rayon Quşçular kənd qəbiristanlığında dəfn olunub. Göstərdiyi qəhrəmanlıq və rəşadətə görə, Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Rizvan Teymurova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
1992-ci il fevralın 11-də ermənilər Rizvanın doğma kəndini də işğal edib.
Əntiqə Rəşid